Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1241990
Türkiyə mətbuatı

 "Yeni Şəfəq": "Ərdoğan:"Heç bir sanksiya təhdidi Türkiyəni haqlı iddiasından imtina etməyə vadar edə bilməyəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna sülh müqaviləsinin imzalanmasının 96-ci ildönümü münasibətilə bölüşdüyü ismarışında bu ilin eyni zamanda İstiqlal mübarizəsinin başlanğıcının da 100-cü ildönümü olduğunu xatırlatdı.
  Dünyanın ən güclü ordularına qarşı aparılan Milli mübarizənin Türkiyənin müstəqillik sənədi olan Lozanna müqaviləsi ilə nəticələndiyini bildirən Ərdoğan bu ifadələri işlətdi: "Türkiyə Respublikası bir əsr əvvəl olduğu kimi, bu gün də müstəqilliyinə, gələcəyinə, vətəndaşlarının əmin-amanlığına və təhlükəsizliyinə qarşı hər növ təhdidi aradan qaldıracaq gücə və iradəyə malikdir".
 Türkiyənin Aralıq dənizinin şərqində  və Suriyada attığı adımların Türk millətinin və Kipr Türklərinin haqlarını qorumaq məsələsindəki həssaslığını açıq şəkildə ortaya qoyduğunu vurğulayan Ərdoğan: "İstər örtülü, istərsə də açıq şəkildə olsun, heç bir sanksiya təhdidi Türkiyəni haqlı iddiasından imtina etməyə vadar edə bilməyəcəkdir".

 

 "Xəbər Türk": "Çavuşoğlu: "Suriyada təhlükəsiz bölgə" məsələsində artıq səbrimiz tükəndi"
 
 Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu: "Suriyada təhlükəsiz bölgə" mövzusunda aparılan danışıqlar barəsində açıqlama verərək:"Amerika Birləşmiş Ştatlarının  təklifləri qənaətbəxş deyil. Razılığa gəlməliyik, artıq səbrimiz tükənib" dedi. Çavuşoğlu təhlükəsiz bölgənin dərinliyi, buralara kimin nəzarət edəcəyi və bölücü terror təşkilatı YPG/PKK-nın buradan çıxarılması məsələsinin ən həssas məsələ olduğunu bildirdi.
 
 "Star": "Rusiya texnologiya sahəsində Türkiyə ilə əməkdaşlığa hazırdır"
 
 Rusiya Federasiyası rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya nazirinin müavini Mixail Viktoroviç Mamonov Rusiya ilə Türkiyənin bir çox mühüm layihə həyata keçirdiyini bildirdi, rəqəmsallaşma sahəsindəki əməkdaşlığın  yaxınlaşdığını qeyd etdi. Mamonov: "Nazirliyimiz bu il ərzində bu boşluğu qərarlı bir şəkildə dolduracaq. Yaxın gələcəkdə ağıllı şəhər texnologiyaları və kiber təhlükəsizlik kimi sahələrdə Türkiyə ilə əməkdaşlıq etməyi planlaşdırırıq" dedi.
 
 "Vətən": "Türk axını"nda ilk qaz nəqli üçün kritik hədd aşıldı"
 
 Rus qazını Türkiyəyə, buradan da Avropaya nəql edəcək "Türk axını" təbii qaz boru kəmərinin Kırklareli alım terminalındakı tikinti işlərinin 90 faizi başa çatıb.  "Türk axını" layihəsinin hədəflənən əməliyyat tarixi, 2019-cu ilin dekabrında fəaliyyətə başlaması üçün mühüm bir dönüş mərhələsi əldə olundu. Beləliklə, layihə həm Türkiyə və Avropanın enerji təhlükəsizliyini təmin edəcək, həm də Rusiya-Türkiyə əməkdaşlığını möhkəmləndirəcək.
 
 "Sabah": "Türkiyədən "blockchain" həmləsi"
 
 Prezident hökumət sisteminin ilk inkişaf planı olan və 2019-2023-cü illər dövrünü əhatə edən On Birinci İnkişaf Planı Türkiyə Böyük Millət Məclisində qəbul edildi. Ölkəmizin 2023-ci ilə qədər başda iqtisadiyyat olmaqla, bir çox sahədə yürüdəcəyi siyasəti əhatə edən plana görə, qarşıdakı dövrdə "blockchain" əsaslı rəqəmsal mərkəzi bank valyutası da tətbiq olunacaq.  Rəqəmsal valyuta Türkiyəni cazibə mərkəzinə çevirəcək.



Әlaqәli Xәbәrlәr