Türkiyә mәtbuatı: 23.07.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1240593
Türkiyә mәtbuatı: 23.07.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

Vatan: ‘‘ABŞ-ın nümayәndә  heyәti Ankarada görüşlәr keçirdi’’

 

Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi Ceyms Cefrinin rәhbәrlik etdiyi nümayәndә heyәti Türkiyә xarici işlәr nazirinin müavini Sedat Önal ilә görüşüb. Türkiyә Xarici İşlәr Nazirliyindәn mövzu ilә bağlı verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘İclasda siyasi proses, İdlipdәki deeskalasiya zonası vә konstitusiya komitәsi kimi mövzular gündәmә gәlib’’

 

Sabah: ‘‘Çavuşoğlu F-35 vә S-400-lә bağlı açıqlama verib’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Amerika Birlәşmiş Ştatlarının F-35-lә bağlı açıqlamasından sonra necә yol izlәyәcәklәri ilә bağlı açıqlamalar verib. Nazir Mövlud Çavuşoğlu açıqlamasında bu ifadәlәrә yer verib: ‘‘Türkiyənin özü istehsal edənə qədər tələbatı başqa yerlərdən ödәyәcәk’’ .

Mövlud Çavuşoğlu  S-400 zenit-raket sistemlərinin Rusiyadan alınmasının bunun nümunəsi olduğunu ifadə edib.

 

Yeni Şafak: ‘‘S-400-lәrin birgә istehsalı ilә bağlı görüşlәr davam etdirilir’’

Rusiya dövlәt müdafiә sәnayesi şirkәti ‘‘Rosteh’’in rәhbәri Sergey Çemezov bildirib ki, S-400 zenit-raket komplekslәrinin müәyyәn materiallarının Türkiyәdә istehsal edilmәsi ilә bağlı görüşlәr davam etdirilir.

‘‘Rәqiblәrimizin münasibәtlәrimizә müdaxilәsinin üstәsindәn gәlirik. Türkiyә ilә aviasiya, helikopter istehsalı vә energetika sahәlәrindәki  әmәkdaşlığımızı güclәndirmәyә hazırıq’’,-deyә Sergey Çemezov qeyd edib.

Star: ‘‘Avropa İttifaqına Türkiyә ilә bağlı xәbәrdarlıq’’

İsveçin sabiq baş naziri Karl Bildtin mәqalәsi  ‘‘Financial Times’’’ qәzetindә dәrc olunub.  Bildt Avropa ittifaqının Türkiyә ilә әlaqәlәri pozmaq daxil olmaqla  atdığı bir sıra addımla yolunu itirdiyini ifadә edib. Avropanın atdığı addımları yenidәn nәzәrdәn keçirmәsinin әhәmiyyәtini vurğulayan Karl Bildt deyib: ‘‘ Miqrasiya böhranında Türkiyә ilә әlaqәlәr tәrs istiqamәtә doğru irәlilәdi. Avropa ittifaqı böyük qüvvәlәrin mübarizә apardığı vaxtda ciddi aktyor olmaq mәcburiyyәtindәdir. Әks halda pis şeylәr olacaq’’.

 

Hürriyet: ‘‘Türkiyә Tripolidәki  sәfirliyi ilә bağlı iddiaları tәkzib etdi’’

Türkiyә Tripolidәki  sәfirliyi ilә bağlı iddiaları tәkzib etdi. Sәfirliyin ‘‘Facebook’’ sәhifәsindәn verilәn yazılı açıqlamada sosial mediada edilәn  bәzi әrәb dilindәki  bölgüdә sәfirliyin tәxliyyә edildiyi ilә bağlı әsassız xәbәrlәrin yayıldığı bildirilib. Açıqlamada sәfirliyin Tripolidәki fәaliyyәtinin davam etdiyi vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr