Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1233302
Türkiyə mətbuatı

"Hürriyyət": "Prezident Ərdoğandan Sarayevodan mühüm ismarışlar"
 
 Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinadakı çıxışında: "Aİ ölkələri sayı onlarla ifadə ediləcək qaçqın kvotalarına da razılaşmadıqları halda Türkiyə 4 milyondan çox qaçqına ev sahibliyi edir" dedi. Avropa qitəsinin təhlükəsizliyinə əvəzsiz bir töhfə verdiklərini qeyd edən Ərdoğan: "Lakin bu çətin prosesdə avropalı dostlarımızdan gözlədiyimiz dəstəyi və humanitar davranışı görə bilmədik. Suriyalı qaçqınlara sərf etmək üçün ölkəmizə verilən yardım sözü yerinə yetirilməyib" deyə danışdı.
 
 "Sabah": "Türkiyə dünyanın maddi-texniki bazası olur"
 
 Asya və Avropa arasında yenidən canlandırılmağa çalışılan Müasir İpək Yolunun qovşağında yerləşən Türkiyə Çindən İngiltərəyə uzanan dəmir yolu layihəsi çərçivəsində 21 logistika mərkəzi yaradır. 9-u tamamlanan mərkəzlər gündəlik 2 milyard dollarlıq mal axınının maddi- texniki bazası olacaq.
 
 "Vətən": "Rəqəmsal Mərkəz Bankı pul vahidi tətbiq olunacaq"
 
 On Birinci İnkişaf Planına görə, Türkiyədə təşkilati quruluşu güclü olan bir maliyyə sektorun yaranması üçün vasitə müxtəlifliyi tətbiq olunacaq. Blok zənciri əsaslı rəqəmsal mərkəz bankı pulu tətbiq ediləcək.
 
 
 "Star": "Türk elm adamının "üz tanıma sistemi" G20 və BMT-də tətbiq edildi"
 
 Türk elm adamı, dosent Sədi Vuralın yaratdığı 30 ölkədə istifadə edilən "üz tanıma sistemi" Argentinada ötən il keçirilən G20 liderlər sammitində ilk dəfə dövlət başçılarının dublyorları olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə tətbiq edildi. Sistemdən Birləşmiş Millətlərin Təşkilatının sərhəd təhlükəsizliyi işlərində də istifadə edildi.
 
 "Yeni Şəfəq": " Sənət qaçqınlara işıq olacaq"
 
 İstanbul 1-ci Beynəlxalq Sənət Mədəniyyətlərin İşığıdır festivalına ev sahibliyi edir. Bu il ilk dəfə keçirilən festivalda başda Orta Şərq coğrafiyasından olmaqla, 25 fərqli ölkədən 250 ifaçı iştirak edir. Festivaldan əldə olunacaq bütün gəlir, Suriyalı qaçqınlara sərf olunacaq.



Әlaqәli Xәbәrlәr