Türkiyə mətbuatı, 04 iyul 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1230019
Türkiyə mətbuatı, 04 iyul 2019

“Star”: “Prezident Ərdoğan: Ədalətin hökm sürdüyü qlobal bir dünya qurmalıyıq”

Prezident Rəcəb Tayyib Ərdoğan  Tələbələrin 8-ci Buraxılış Mərasimində etdiyi çıxışda “Harada yaşamağınızdan, nə iş görməyinizdən asılı olmayaraq bu ölkə ilə və bir-birinizlə olan ünsiyyəti davam etdirin. Ən əhəmiyyətlisi sizin birgə dilinizdir. Ədalətin hökm sürdüyü bir qlobal nizamı quranadək hamımız işləmələyik” dedi.

“Sabah”: “FETÖ sənədli filminin ilk nümayişi Belçikada həyata keçirildi”

 Türkiyə Prezident Aparatının Kommunikasiya Şöbəsinin başlatdığı bir layihə çərçivəsində "TRT World" tarafından hazırlanan FETÖ-nün hiyləgər şəbəkəsini və qaranlıq üzünü ortaya qoyan "The Network" sənədli filmi Belçikanın paytaxtı Brüsseldə ilk nümayişini həyata keçirdi.

“Hürriyət”: “Rusiya və Türkiyənin cəhdləri beynəlxalq sabitliyin şərtidir”

Rusiya prezidenti Vladimir Putin Kremlində ölkəsində vəzifəyə başlayan müxtəlif ölkələrin səfirlərini qəbul edib.

Mərasimdə Türkiyənin Moskva səfiri Mehmət Samsar da Putinə etimadnaməsini təqdim edib.

Putin qəbulda etdiyi çıxışda Rusiya-Türkiyə əlaqələrinə toxunaraq deyib ki, iki ölkə arasındakı tərəfdaşlıq strateji səviyyəyə çatdı. Prezident Rəcəb Tayyib Ərdoğan ilə davamlı ünsiyyətdəyəm.

“Vatan”: “THY-dən sərnişinlərə yeni səyahət materialı”

Türk Hava Yolları (THY) “Versace” ilə “Mandarina Duck”  tərəfindən xüsusi hazırlanmış səyahət materiallarını sərnişinlərin xidmətinə təqdim etdi. Materiallarda sərnişinlərin səyahət müddətində ehtiyac duya biləcəyi müxtəlif əşyalar mövcutdur.

“Yenişafak”: “İstanbul Hava Limanı sərnişin sayında yeni rekord qırdı”

Türkiyənin ən böyük layihələrindən biri olan İstanbul Hava Limanı sadəcə uçuş üçün yox, sərnişin rekordu da qırdı. 6 aprel 2019-cu il tarixindən indiyədək daxili və xarici xətlər olmaqla cəmi 100 min uçuşda 15 milyon 988 min 748 sərnişin limandan istifadə etdi.



Әlaqәli Xәbәrlәr