Türkiyə mətbuatı

Bu gün Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1228820
Türkiyə mətbuatı

"Yeni Şəfəq": "6 vətəndaşımız azad edildi"
 
 Liviyada Hafter qüvvələrinin saxladığı 6 vətəndaşımız azad edildi. Verilən məlumata görə, 6 Türkiyə dənizçisi  gəminin sahibi tərəfindən təhlükəsizlik qüvvələrindən alınaraq yenidən gəmiyə aparılıblar. Türkiyə vətəndaşlarının saxlanılmasına Xarici İşlər Nazirliyi sərt reaksiya göstərmişdi.
 
  
 "Star": "TANAP Avropaya qaz verməyə hazırdır"
 
 "Cənubi Qaz Dəhlizinin ən uzun halqası olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1 iyuldan etibarən Azərbaycan qazını Avropaya nəql etməyə hazır olduğu bildirildi. Türkiyə-Yunanistan sərhədində Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) başa çatdırılmasından sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql ediləcək.
 
  
 "Star": "30 ölkənin günəşi Antalyadan doğdu"
 
Türkiyənin günəş enerjisi paneli istehsalı bazarının lideri olan "CW Enerji" 30 ölkəyə ixrac həyata keçirir. "CW Enerji"nin baş direktoru Volkan Yılmaz: "Türkiyə və Avropadakı liderliyimizi dünya səviyyəsinə qaldıracağıq" dedi.
 
  
 "Hürriyyət": "Ədirnədə otellərdə yer qalmadı! "
 
 658 ildir fasiləsiz olaraq davam edən "Tarixi Kirkpınar güləşləri" yarışından əvvəl Ədirnədə otellər 100 faiz doldu. Aylarla əvvəl edilən rezervasiyalarla otellərində yer qalmayan şəhərin mərkəzindəki əhalisi qədər turist şəhərə axın etdi. Ədirnəli vətəndaşlar qonaqlara evlərinin qapılarını açmağa hazırlaşırlar.
 
  
 "Xəbərtürk": "Turist axınına məruz qalır"
 
 Antalya ilə Muğlanı bir-birindən ayıran dünyanın ən böyük kanyonlarından biri olan Saklıkənd turist axınına məruz qalır.18 kilometr uzunluğundakı kanyon 200 metr hündürlüyündə olan dik yamaclar arasında su keçidləri və çətin yolu ilə macəra həvəskarlarının üstünlük verdiyi ünvanlardan biri kimi də ön plana çıxır. Kanyona səfərə gələn yerli və xarici turistlər müxtəlif fəaliyyətlərə də qoşula bilirlər.



Әlaqәli Xәbәrlәr