Türkiyə mətbuatı, 20.06.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1221766
Türkiyə mətbuatı, 20.06.2019

“Hürriyet”: “Türkiyənin BMT-nin Xaşoqçi hesabatına ilk reaksiyası”

Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin məruzəçisi Aqnes Kallamardın səudiyyə ərəbistanlı jurnalist Camal Xaşoqçi cinayətinin işıqlandırılmasına, məsuliyyətlilərin mühakimə edilməsinə dair tövsiyələrini güclü şəkildə dəstəklədiklərini bildirdi.

“Vatan”: “Terror təşkilatına daha bir zərbə”

Daxili İşlər Nazirliyi Tunceli Vilayət Jandarm Komandanlığı dəstələrinin mərkəz ərazilərdə həyata keçirdiyi havadan dəstəklənən əməliyyatda 3 terrorçunun zərərsizləşdirildiyini açıqladı.

“Sabah”: “ THY-nin ilk “röya təyyarəsinin yeni görüntüləri ortaya çıxdı”

Türk Hava Yollarının (THY) “röya təyyarə” olaraq adlandırılan “Boing 787-9 Dreamliner”in göyərtəsinin görüntüləri yayımlandı. 300 sərnişin tutumu olan təyyarənin xüsusilə business oturacaqları diqqətləri cəlb etdi. 25 iyun çərşənbə axşamı günü İstanbulda olacağı bildirilən təyyarə Türkiyədə ilk uçuşunu 8 iyul tarixində yerli vaxtla saat 08.35-də İstanbuldan  Antalyaya reallaşdıracaq.

“Haber Türk”: “Marmarisdə kruiz turizmi”

Malta bayrağı daşıyan “Horizon” adlı kruiz gəmisi əksəriyyəti ispaniyalı 1460 sərnişin və 615 nəfərlik xədəməsilə Marmaris limanına yan aldı. Sərnişinlər gömrük işlərindən sonra Marmaris bazarı, qalaiçi, yaxt limanını gəzdi.

“Star”: “Rusiyada Türk kinosu Günləri başladı”

Rusiyada Moskva Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən Sankt- Peterburq Türk Kinosu Günləri başladı.

Türk Kinosu Günlərində üç gündə 7 film rus dilindəki alt yazılı olaraq kinosevərlərlə görüşəcək.



Әlaqәli Xәbәrlәr