Türkiyə mətbuatı, 23 may 2019

“Vatan”, “Sabah”, “Yeni Şafak”, “Hürriyet”, “Star” bu gün nələrdən yazır?

1206620
Türkiyə mətbuatı, 23 may 2019

“Vatan”: Ə.Ərdoğan: “Humanitar yardımda dünyanın ən comərd ölkəsiyik"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan İsveçrənin Cenevrə şəhərində təşkil edilən 72-ci Beynəlxalq Səhiyyə Asambleyasında çıxış edərək deyib:

  “132 milyondan çox humanitar yardıma möhtac adamın yaşadığı bir dünyada hər kəsə məsuliyyət düşür. Türkiyə dünyanın dərdlərinə laqeyd qalmayan, bu barədə bir ənənəyə sahib ölkədir. 8 milyard dollardan artıq etdiyimiz humanitar yardımlarla milli gəlirinə nisbətən dünyanın ən comərd ölkəsi sayılır."

“Yeni Şafak”: Taşucu limanının inşası təkrar gündəmdədir

  Cənubi Kipr hökumətinin (Kipr Rum rəhbərliyi) Fransaya hərbi qüvvə göndərməsi gözləri bir dəfə daha Aralıq dənizinə çevirdi. Türkiyənin 1999-cu ildə qəbul etdiyi, ancaq tətbiq etmədiyi qərar yenidən gündəmə gəldi. Sözügedən qərar Mersin Taşucunda bir liman qurulmasını nəzərdə tutur. İnşa ediləcək liman Türkiyənin milli təhlükəsizliyilə bağlıdır. Liman sülh zamanı ticarət, hərb zamanı isə dəniz donanmasına xidmət edəcək.

“Sabah”: 15 ildə 5 model

  Türkiyənin avtomobil layihəsində işlər sürətləndi. İki ölçülü şəkillər tamamlandı. İl sonunda bir prototip ortaya çıxacaq. Layihə çərçivəsində 15 ildə 5 model yaradılması nəzərdə tutulur.  

“Hürriyet”: Bayramda turizm hərəkətliliyi yaşanacaq

  Türkiyənin ən mühüm turizm mərkəzlərindən olan və Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Qurumunun (UNESCO) Dünya Mirası Siyahısında yer tutan Pamukkaledə Ramazan ayı bərəkəti yaşanır.

  4 iyundan başlanacaq bayram tətilini Pamukkaledə keçirmək istəyən vətəndaşlar şəhərdəki otelləri indidən rezerv etdiriblər. Dörd mövsüm yerli və xarici turistlərin axın etdiyi Pamukkaledə tətil zamanı otellərin hamısının dolacağı görünür.

“Star”: Lazer silahına hava müdafiə xidməti

  Türkiyə müdafiə sənayesinin qabaqcıl qurumları lazer silah işlərini Hava Müdafiəetmə Lazer Sisteminə çevirmək üçün qüvvələrini birləşdirdi.

  Aselsan, Roketsan, Ermaksan, Saver, TÜBİTAK və Gebze Texniki Universiteti ilə yaradılan konsorsiyum Lazer Hava Müdafiəetmə Sistemləri başlıqlı layihə inkişaf etdirdi. Sistem gəmi və quru platformalarına adaptasiya ediləcək və top, mərmi raketi və idarə olunan mərmilərə qarşı istifadə olunacaq.



Әlaqәli Xәbәrlәr