Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc oluan bəzi xəbərlərin xülasəsi.

1202963
Türkiyə mətbuatı

 

"Xəbər Türk": "S-400-lərə nəzarət Türkiyənin əlində olacaq"

Xarici işlər naziri Mövlud Çavuşoğlu S-400-lərin NATO sisteminə uyğunlaşdırılmayacağını və tam Türkiyənin nəzarəti altında olacağını söyləyib.

Çavuşoğlu Latviyaya səfəri zamanı verdiyi açıqlamada “ABŞ S-400-lərin F-35 üçün təhlükə olduğunu iddia edir. Bu sistem tam Türkiyənin nəzarəti altında olacaq və NATO sistemlərinə inteqrasiya olunmayacaq. ABŞ-ın bu məsələ ilə bağlı iddiaları doğrudursa, S-400-lərin F-35-lərin texnologiyasına çatması lazımdır. Biz ABŞ-a birgə iş qrupu təklif etdik” deyə bildirib.

“Suriyada Rusiyanın nəzarətində S-400 hava müdafiə sistemləri var. Amerika qırıcıları, İsrail F-35-ləri bu bölgədə uçmaqda davam edir. Norveç sərhədində də S-400 sistemləri yerləşdirilib və burada Norveç F-35-ləri uçur” deyərək Çavuşoğlu ABŞ-ın iddialarının həqiqəti əks etdirmədiyini vurğulayıb.

Bu qiymətləndirməni texniki heyətin aparmasının vacibliyini ifadə edən Çavuşoğlu “Biz amerikalılara və NATO-ya təklif etdik. Birgə işçi qrupu qurulmasını istədik. Bu qiymətləndirməni özlərinin aparması, bu qrupun əldə etdiyi məlumatlarını bizimlə bölüşməsini istədik və müttəfiqimiz ABŞ-ın iddialarını dəyərləndirməsini istədik.” İfadələrini işlədib.

 

"Star": "Putin : Türklərlə işləmək daha asandır"

Rusiya dövlət başçısı Vladimir Putin Amerika Birləşmiş Ştatları  və bəzi Avropa ölkələrinin önünü kəsmək üçün müxtəlif metodlara əl atmasına baxmayaraq istehsalı hələ davam edən Rusiya təbii qazını Avropaya nəql edəcək "Şimali axını 2" təbii qaz boru kəməri layihəsindən bəhs edərkən "Türk axını"layihəsindən də  danışdı. Putin: "Türklərlə işləmək avropalılarla işləməkdən daha asandır. Çünki prezident Rəcəb Tayyib Ərdoğan qərarlar qəbul edir və tətbiq edir" dedi

 

"Yeni Şəfəq": "Moody's"  Türkiyə iqtisadiyyatının güclü tərəflərini açıqladı"

Beynəlxalq reytinq təşkilatı "Moody 's"in Avropa, Orta Şərq və Afrika (EMEA) Ölkə Riskləri Qrupunun direktoru Yves Lemay İngiltərənin paytaxtı Londonda baş tutan "Moody' s" İnkişaf edən Bazarlar Sammitində Türkiyə iqtisadiyyatının güclü tərəflərindən bəhs etdi. Lemay:"Türkiyənin iqtisadi müxtəlifliyi, böyüklüyü, gənc iş qüvvəsi və hökumətin hesabat cədvəli iqtisadiyyatın güclü istiqamətləri arasındadır" dedi. Lemay iqtisadiyyatın böyüklüyü, müxtəlifliyi, dinamizmi və hökumətin müsbət borc ölçülərinin iqtisadiyyatın  güc mənbəyi olduğunu da ifadə etdi.

 

"Sabah": "Əcnəbilərə ev satışında ən yüksək rəqəmlər aprel ayında müşahidə olundu"

İlin ilk rübündəki güclü gedişatını aprel ayında da davam etdirən əcnəbilərə mənzil satışı ilk dörd ayda 13 min 338 ədədə çatdı. Ötən ilin yanvar-aprel dövründə əcnəbilərə 7 min 341 ev satılıb. Bu,  82 faizlik artım deməkdir. Bu ilin aprel ayında xaricilərə mənzil satışı keçən ilin eyni ayına görə 82,1 faiz artım göstərərək 2 min 43-dən 3 min 720-yə yüksəldi. Belə ki, əcnəbilərə mənzil satışında  ən yüksək rəqəmlər aprel ayında müşahidə olundu"

 

"Hürriyyət": "İngilislər seçdilər! Bu yaz Türkiyədə dəniz istirahəti seçiləcək ən yaxşı 10 yer "

İngilis qəzeti "The Telegraph"ın redaktorları 2019-cu ildə Türkiyədə dəniz istirahəti ediləcək 10 məkanı seçdilər. Siyahıda İspaniyadan çox  beş ulduzlu otelləri olan Antalya, Kəmərdəkii Çıralı qumsalı, turizm məkanı Kalkan, Kaş rayonu sərhədlərində ümumi uzunluğu 12 kilometrə çatan Patara çimərliyi, Alanya sahilləri, Sidənin mavi bayraqlı çimərlikləri, Muğla Dalyandaki İztuzu çimərliyi , İzmir Çeşmədəki plajlar ve koylar, Fəthiyyədəki Ölü dəniz, Bodrum yarımadası qərar tutub.
 

 



Әlaqәli Xәbәrlәr