Türkiyə mətbuatı, 6 may 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1196348
Türkiyə mətbuatı, 6 may 2019

“Sabah”: Prezident Rəcəb Tayyib Ərdoğana Ramazan təbriki

Prezident Aparatı qaynaqlarından əldə edilən məlumata əsasən, Fələstin dövlət başçısı Mahmud Abbas, Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani və İraq prezidenti Bərham Saleh prezident Ərdoğana zəng etdilər. Liderlər telefon danışığında prezident Ərdoğanı Ramazan ayının başlamasına görə təbrik edərək, bu ayın İslam aləmi və bütün dünya üçün xeyirli olmasını istədiklərini söylədilər.

“Star”: S-400 Türkiyə üçün strateji həmlə

Müdafiə və Təhlükəsizlik üzrə mütəxəssis Yusuf Alabarda Türkiyənin Rusiyadan alacağı S-400 zenit-raket müdafiə sistemlərinin Suriyadan Şərqi Aralıq dənizinə, Egey dənizindən Çanaqqala və İstanbul boğazlarına qədər müxtəlif nöqtələrdə təsirli olacağını bildirdi. Alabarda S-400 sistemləri sayəsində beləliklə bütün bu coğrafiyada Türkiyə əleyhinə yarana biləcək ehtimal olunan təhlükələrin qarşısının alına biləcəyini vurğuladı.

“Haber Türk”: Nordik ölkələrindən gələn turist sayı artır

Antalya və Alanya Nordik ölkələri üçün turizm cəhətdən əhəmiyyətli mərkəzə çevrildi. Bu ilin ilk dörd aylıq rəqəmlərinə görə, İsveçdən Antalyaya gələn turist sayında 42, Norveçdən 87, Danimarkadan 18 və Finlandiyadan 14 faizlik artım müşahidə olundu. Digər tərəfdən turizmçilər ilin ilk dörd ayına nəzər salındığı vaxt Türkiyənin 2019-cu ildə turist sayında yenidən rekord qırılacağını bildiriblər.

“Hürriyət”: Borun bir xeyri də ortaya çıxdı

Afyon Kocatəpə universiteti (AKÜ) Baytarlıq fakültəsində vəzifəli Dos.Dr. Rəcəb Kara “bor əlavəli qida məhsulları” ilə əlaqədar 5 ildir apardıqları araşdırmanın nəticəsində süd, pendir, qatıq, qaymaq, kolbasa kimi ət və süd məhsullarının istifadə müddətini 20 faiz uzadıb, məhsuldan qaynaqlanan mineralların insan bədəninə xeyrini artırmağı bacardı.

“Vatan”: Kağızda xarici asılılığı azaldacaq addım

Sənaye və texnologiya naziri Mustafa Varank 19 ildən sonra yenidən fəaliyyətə başlayan Balıkəsir SEKA fabrikinin tullantı kağızdan istehsal başladacağını bildirdi. Xüsusi sərmayənin vasitəsilə 140 milyon avroluq yatırım olduğunu qeyd edən Varank “Bu sərmayə qoyuluşunun nəticəsində illik 150 milyon dollarlıq idxalın qarşısı alınacaq və kağızı ölkəmizdə istehsal edə biləcəyik” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr