Türkiyə mətbuatı, 26 aprel 2019

"Vatan", "Star", "Sabah", "Hürriyet", "Haber Türk" bu gün nələrdən yazır?

1190303
Türkiyə mətbuatı, 26 aprel 2019

 

“Vatan”: Terror təşkilatına daha bir zərbə

  Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən aprelin 25-də İraqın şimalındakı Qara bölgəsinə təşkil olunan hava hərəkatında separatçı terror təşkilatı PKK tərəfindən istifadə edilən silah anbarı və  sığınacaqlar dağıdılıb.  

 

“Star”: F.Oqtay: “Türkiyə ən islahatçı ölkə kimi qeydiyyata alınıb"

  Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay aprelin 25-də Ankarada Yaxşılaşdırma Koordinasiya Kabinetində bəyanat verərək deyib: “Türkiyə OECD ölkələri arasında beynəlxalq birbaşa investisiyaların önündəki maneələri qaldırmaqda ən islahatçı ölkə kimi qeydiyyata alınıb. Ölkəmiz son 17 ildə 210 milyard dollardan artıq birbaşa beynəlxalq investisiya cəlb etməyi bacarıb".

 

“Sabah”: Darüşşafaka Robot Klubu dünyanın ən yaxşıları arasındadır

  “Simens Türkiye”nin dəstəklədiyi Darüşşafaka Robot Klubu - "Sultans of Turkey" Türkiyənin üzünü ağartmağa davam edir.

  Darüşşafaka məktəbinin robot klubundakı tələbələr öz istehsal etdikləri və "Tenten" adını verdikləri robotla ABŞ-da 40 ölkədən 15 minə yaxın tələbənin yarışdığı beynəlxalq “FİRST Robotics Competition”un (FRC) finalında “Encineering İnspiration Awardun”un (İlham Verən Mühəndislik Mükafatı) sahibi oldular. "Sultans of Türkey" müsabiqənin dünya finallarında bu səviyyədə mükafat alan ilk Türkiyə komandası oldu.

 

“Hürriyet”: “Rafadan tayfa”ya Kölndə böyük maraq

  “TRT Çocuk” kanalının sevilən çizgi filmlərindən olan “Rafadan tayfa”nın teatr tamaşası Almaniyanın Köln şəhərində çox böyük maraqla qarşılandı. Xaricdəki Türklər və Qohum İcmalar İdarəsinin təşkil etdiyi tədbir Diyanət İşləri Türk İslam Birliyi Mərkəzində həyata keçirildi. Pulsuz teatr tamaşası iki seans şəklində planlaşdırılmasına baxmayaraq yüksək maraq sayəsində 4 dəfə təqdim olundu.

 

“Haber Türk”: Ukraynalı sənətçilərin İstanbulda sərgisi

Serhiy Savchenko, Liliya Studnytska, Denys Struk, Yuriy Koval, Andriy Roik, Olga Zaremba ve Yuriy Savter, farklı tekniklerle çalıştı. İstanbul Artist Residency Türkiye'de Ukraynalı sanatçılarla başlattığı etkinliğe farklı ülkelerdeki sanatçıların da katılımını sağlamayı hedefliyor.

  İstanbulda qonaq olan ukraynalı rəssamlar “İstanbul Artist Residency” çərçivəsində əsərlərini sənətsevərlərə təqdim etdilər.

  İstanbuldan ilham alaraq fərqli taktikalarla rəsmlər yaradan sənətkarlar - Serqi Savçenko, Liliya Studnitska, Denis Struk, Yuri Koval, Andri Roik, Olqa Zaremba və Yuri Savterin əsərləri böyük maraq doğurub.



Әlaqәli Xәbәrlәr