Türkiyə mətbuatı, 22 mart 2019

"Star", "Haber Türk", "Yeni Şafak", "Sabah", "Hürriyet" bu gün nələrdən yazır?

1168444
Türkiyə mətbuatı, 22 mart 2019

“Star”: Trampın Golan Təpələri açıqlaması daha çox şiddət və əzablara yol açır

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İsrailin beynəlxalq qanunlara zidd davranışları ilə bağlı “twitter”dən etdiyi paylaşmada bildirib: "Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn təməl prinsipidir. ABŞ-ın İsrailin beynəlxalq hüquqa zidd hücumlarını qanuniləşdirmək səyləri bölgədə yalnız daha çox şiddət və ağrıya gətirib çıxarar. Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləməkdədir".

“Haber Türk”: Avropa Parlamenti (AP) Avropanın ortaq dəyərlərini müdafiə etməkdən uzaqdır, Çavuşoğlu

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentində artan irqçiliyə diqqət çəkərək deyib: “Avropa Parlamenti get-gedə artan irqçi və radikal millət vəkilləri üzündən artıq Avropanın ortaq dəyərlərini müdafiə edəcək bir platforma olmaqdan uzaqlaşıb. O yalnız Türkiyəyə deyil, Avropa İttifaqının özünə və ortaq dəyərlərinə də təhlükə yaradır. İrqçi və radikal millət vəkilləri artıq Avropa İttifaqına da qarşıdır.

“Yeni Şafak”: Türkiyədə bir ilk: 3500 metr dərinlikdən neft çıxarıldı

   Dünyada son illərdə sürətlə yayılan yeni bir istehsal texnikası olan hidravlik çatlatma üsuluyla karbohidrogen istehsal edən ölkələr arasında artıq Türkiyə də var.

  Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Diyarbəkir və Siirtdə neft axtarış işləri haqqında məlumat vererək bildirib: “Diyarbəkirdəki “Mermer-1” sahəsində yerin 3500 metr altından çatladılaraq Türkiyə tarixində ilk dəfə bu üsulla neft çıxarıldı. Türkiyə qayaların məsamələri arasında olan nefti artıq bu üsulla çıxara biləcək”.

“Sabah”: Türkiyə seriallarının lisenziyalı məhsulları bu sərgidə

  48-ci İstanbul Zərgərlik Sərgisi (“İstanbul Jewelry Show”) 21-24 mart tarixləri arasında gələnlərə təqdim edilir.

  İstanbul Zərgərlik Sərgisi (İstanbul Jewelry Show) martın 21-də “CNR Expo”da - İstanbul Ekspo Mərkəzində qapılarını zərgərlik həvəskarlarına açdı. Sərgidə dünyanın 24 ölkəsindən 1250 şirkət və marka, 120-dən çox ölkədən isə 30.000-dən çox zinət əşyaları nümayiş olunur.

  Sərgidə dünyada ilk dəfə düzəldilən “Yasini-Şərif” təsbehi tanıdılıb və 350 min lirəyə müştərilərə təklif edilir. Burada, eyni zamanda "Diriliş Ertuğrul", "Payitaht Abdülhamid" və "Mehmetçik Kutlu Zafer" seriallarındakı zinət əşyaları da göstərilir.

“Hürriyet”: Türkiyənin gizli cənnəti Finike

  Təbiəti və tarixi, dünyanın ən məşhur portağalı ilə tanınan Finike Türkiyənin unikal rayonlarından biridir. Finike Aralıq dənizi ilə Toros dağlarının ətəklərində yerləşir, portağal bağları, tərtəmiz çimərliyi və firuzəyi körfəzi ilə diqqət çəkir. Bura illərdir dəyişməz və sakit yer olaraq qalır. Yaylaqları, dənizi, çimərlikləri, təbii, mədəni və tarixi məkanları ilə Finike ən gözəl tətil yerlərindən biridir.

 

 



Әlaqәli Xәbәrlәr