Türkiyә mәtbuatı 18.02.2019

Türkiyә mәtbuatında bu gün  dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1147329
Türkiyә mәtbuatı 18.02.2019

 

 

 

Haber  Türk: "Konqres turizminin yeni  marşrutu Türkiyədir"

 Türkiyә vә İstanbul beynәlxalq tәdbirlәrin yeni marşrutuna çevrilib. Türkiyә 2000-ci ildәn etibarәn  ‘‘Konqres turizmi’’nin marşrutudur. Mәlumatda beynәlxalq tәdbirlәrin әksәriyyәtinin Türkiyәnin İstanbul şәhәrindә keçirildiyi bildirilib. Şәhәr yüksәk  xidmәt sәviyyәsi ilә ön plandadır. Tarixi, mәdәni vә tәbii xüsusiyyәtlәri ilә yanaşı hotel, konqres vә tәdbir mәrkәzlәrinin texnoloji infrastrukturu Türkiyәnin bu sahәdә mühüm yerdә olduğunu göstәrir.

 

 

Star: "Türkiyə hər növ  spekulyativ hücum ilə mübarizә aparacaq  gücə malikdir"

 ‘‘Hannover Fairs Türkey’’ sәrgisinin  Baş Direktoru Aleksandr Kühnel  Türkiyenin mükəmməl bir potensiala və gənc əhaliyə malik olduğunu deyib.

 Kühnel ölkənin  tekstil, avtomobil və maşınqayırma kimi bir çox sektorda yaxşı vəziyyətdə olduğunu, bu sektorların Türkiyənin ixracına böyük töhfə verdiyini  bildirib. 10 ilir Türkiyədə yaşadığını ifadә edәn Aleksandr  Kühnel  Türkiyәdә  keçirilәn sәrgilәrin çox keyfiyyәtli olduğunu  qeyd edib.

 

Sabah: "Estetik burun әmәliyyatlarında yeni üsul’’

 

Dosent  Ozan Bitik  tərəfindən inkişaf etdirilən yeni üsul estetik burun әmәliyyatı tibb tarixinә düşüb. Türkiyәli alimin inkişaf etdirdiyi ‘‘Kompozit spreader flebi’’ adlı yeni әmәliyyat üsulu son illәrdә әn çox  istifadә edilәn estetik әmәliyyat üsulundan biri halına gәlib. Hәr il minlәrlә xәstә estetik burun әmәliyyatı olunmaq üçün Türkiyәnin yolunu tutur.

Türkiyәli alimin inkişaf etdirdiyi estetik burun әmәliyyatının yeni üsulu ilә bağlı mәqalә ‘‘Aesthetic Surgery Journal’’da dәrc olunub. Belәliklә yeni әmәliyyat üsulu tibb tarixinә düşüb.

 

 

Vatan: ‘‘Milli imkanlarla istehsal edilәn cihaz ixrac edilir’’

Türkiyә xәrçәng müalicәsindә istifadә edilәn "Thermospine" adlı yeni cihaz istehsal edib.

Yeni cihaz sayәsindә  xəstələr cərrahi müdaxiləyə ehtiyac duymadan mikroablasyon üsulu ilə müalicə edilir. Xüsusilə onurğa şişlərinin  müalicəsində istifadə edilən cihaz  Avropa ölkələrinə də ixrac edilir.

 

Yeni Şafak: ‘‘Mәsud Özil ‘‘Diriliş Ertuğrul’’ serialını izlәyir’’

İngiltәrә Premyer Liqasının Arsenal klubunun futbolcusu Mәsud Özil Türkiyә Radio vә Televiziya Qurumu TRT-dә yayımlanan ‘‘Diriliş Ertuğrul’’ vә ‘‘Payitaht Abdülhamit’’ seriallarını izlәyir. Bu barәdә Mәsud Özil şәxsi internet sәhifәsindә mәlumat verib. O qeyd edib ki, ‘‘Diriliş Ertuğrul’’  serialının çәkildiyi sahәyә baş çәkib.



Әlaqәli Xәbәrlәr