Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1141080
Türkiyə mətbuatı

"Star": "Alman mətbuatı yazdı: Türkiyə olmasa, nəzarətdən çıxar"
 
 Almaniyanın "Spiegel" qəzeti, Yunanıstan Baş naziri Aleksis Çiprasın Türkiyə səfərini dəyərləndirdi. Yazıda: " Türkiyə ilə Avropa İttifaqı arasında 2016-ci ildə imzalanan miqrant müqaviləsindən sonra Egey dənizi ilə Yunanıstana keçən qaçqınların sayında  əhəmiyyətli bir azalma müşahidə olundu. Yunan adaları qaçqınların qeyri-insani rəftara məruz qaldığı bir həbsxanaya çevrilmişdi. Lakin yenə də Türkiyə müqavilədən çəkildiyi təqdirdə, Lesbos, Chios və Kosdakı vəziyyət nəzarətdən çıxacaqdı" ifadələrinə yer verilib.
 
 "Hürriyyət": "Türk cütlük ABŞ-da böyük uğura imza atdı"
 
 Amerika Birləşmiş Ştatlarında yaşayan iki Türk alimi səs gətirən işlərə imza atdı. "Massachusetts  General" xəstəxanasında tədqiqatlar aparan genetika mütəxəssisi Mehriban Yıldırım aqressiv, yəni sürətlə yayılan döş vəzisi xərçəngində müalicəyə müqavimətli hüceyrə tiplərini və buna səbəb olan mexanizmi aşkar etdi, həyat yoldaşı mühəndis mexanik Murat Yıldırım isə beyin hüceyrələrini yüksək aydınlıq səviyyəsində lentə alan mikroskop yaratdı.
 
 "Xəbər Türk": "Sabiha Gökçən Hava Limanının böyük uğuru"
 
 Türkiyənin ən böyük ikinci hava limanı İstanbul Sabiha Gökçən Beynəlxalq Hava Limanı (İSG) 2018-ci ildə mənzilə çatdırdığı 34 milyon 58 min sərnişin sayı ilə Avropanın ən böyük 12-ci hava limanı oldu. Sabiha Gökçən Hava Limanı 2017-ci ildə yenə eyni siyahıda 14-cü syerdə idi.
 
 "Sabah": "Türk Hava Yollarına iki mükafat birdən"
 
 Türk Hava Yolları (THY) təyyarə maliyyələşdirilməsi sahəsində iki fərqli mükafata layiq görüldü. THY-dən verilən məlumata görə, qurum noyabr ayında təhvil verilən B777-F tipli yük təyyarəsinin 110 milyon avro dəyərindəki innovativ və mürəkkəb maliyyələşdirilməsi sayəsində yanvarın 21-də İrlandiyanın paytaxtı Dublində keçirilən "Airline Economics Global Aviation 100 Global Leaders" mükafatl mərasimində "İlin ən yaxşı maliyyəsi" mükafatını aldı. Hava yollarının  maliyyələşdirmə üzrə layiq görüldüyü digər bir mükafat isə İngiltərənin paytaxtı Londonda 31 yanvarda keçirilən "Global Transpor Finance" mükafat mərasimində təqdim edilən "İlin ən yaxşı vergi qalxanlı maliyyəsi" mükafatı oldu.



Әlaqәli Xәbәrlәr