Türkiyə mətbuatından xəbərlər (23.01.2019)

Türkiyə mətbuatının gündəmində olan xəbərlər.

1131179
Türkiyə mətbuatından xəbərlər (23.01.2019)

Türkiyə mətbuatında bu günün gündəmində olan xəbərləri təqdim edirik.

“Yeni Şafak” qəzeti: “Türkiyənin balı 48 ölkəyə ixrac edildi” başlıqlı xəbərində yazıb:

Türkiyədən 2018-ci ildə 48 ölkədəyə edilən bal ixracı ötən illə müqayisədə 7 faiz artaraq 25 milyon 503 min 445 dollara çıxdı. Almaniya, ABŞ, Səudiyyə Ərəbistanı, İspaniya və Avstriya ən çox bal ixrac edilən 5 ölkə oldu.

“Hürriyet” qəzeti: “Topqapı sarayı 2018-ci ildə ən çox gəzilən muzey oldu” başlıqlı xəbərində bunları yazıb:

Mədəniyyət və Turizm Nazirliyinə bağlı muzey və tarixi yerləri gəzənlərin sayı 2018-ci ildə 28 milyon 144 min 670 min nəfərə çatdı. Ən çox gəzilən muzey isə 2 milyon 980 min 450 nəfərlə İstanbulun Topqapı sarayı muzeyi oldu.

“Sabah” qəzeti: “Türkiyə Antarktikada meteoroloji fəaliyyətlər aparacaq” başlıqlı xəbərində yazıb:

Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirli “3-cü Milli Antarktika Elm Səfəri” çərçivəsində Antarktikada meteoroloji fəaliyyətlər aparılacağını bildirərək, “Meteorologiya sahəsində dünya ilə yarışan bir ölkə olma əzmindəyik” deyə bildirdi.

“Star” qəzeti: “Türk daşı “Turkish Stone” markası ilə dünya bazarında” başlıqlı yazısında yazıb:

Türkiyədəki mədən ocaqlarından çıxarılan təbii daşların dünya bazarında təqdimatı üçün addımlar atılır. İstanbul Mədən İxracatçıları Birliyinin sədri Aydın Dinçər mərmərin dünyada italiyan daşı kimi tanındığını, ancaq Türkiyənin ehtiyat baxımından daha güclü olduğunu bildirərək “Mərmər və qiymətli daşlarımızı “Turkish Stone” markası ilə dünyaya tanış edəcəyik” dedi.

“Haber Türk” qəzeti: “THY-nin İstanbul Hava Limanında xidmət təsisatları açıldı” başlıqlı xəbərində bildirib:

Türk Hava Yollarının (TYH) mart ayında reallaşacaq böyük daşınma ərəfəsində İstanbul hava limanında 42 min 399 kvadratmerlik sahədəki xidmət təsisatları açıldı. Atatürk Hava Limanından  İstanbul Hava Limanına daşınma işi isə 1-3 mart tarixləri arasında reallaşacaq.



Әlaqәli Xәbәrlәr