Türkiyə mətbuatından xülasələr 09.01.2019

Türkiyə  və  dünya  gündəliyindəki  əsas  mövzular   Türk   mətbuat və  veriliş  orqanlarında

1121901
Türkiyə mətbuatından xülasələr 09.01.2019

Yeni Şafak qəzeti “Yaxın gələcəkdə əməliyyat başlayacaq” titriylə oxuçulara çatdırdığı xəbərində bildirib: Prezident Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamasında Fəratın şərqindəki  terror təşkilatlarına  istiqamətli nəzərdə tutulan əməliyyata toxunub. O qeyd edib ki, Suriyada fəaliyyət göstərən terror təşkilatlarına istiqamətli əməliyyata qarşıdakı günlərdə başlayacayıq. Bu müdaxiləmizin  qarşısını   almaqda  cəhd  edənlər  olarsa,  onlara da   lazımlı    cavabı verməkdə imtina etməyəcəyik.

Star qəzeti, İbrahim Kalının, “Türkiyədən terror təşkilatlarının təhlükəsizliyinə  dair  zəmanət tələb etmək böyük səhv olar”, sözünü xatırlatdığı xəbərdə bildirib: ABŞ prezidenti Donald Trampın Suriyadan qoşunlarının çıxarılması qərarını yüksək qiymətləndirdiklərini ifadə edən prezidentin sözçüsü İbrahim Kalın Fəratın şərqin gizlənən terroristlərə istiqamətli planlaşdırılan əməliyyat  zamanı  orada  yaşayan Kürdlər də istisna olmamaqla dinc əhalinin təhlükəsizliyinin təmini mövzusunda lazımlı tədbirlər görüləcək. Ancaq heç kəs Türkiyədən terror təşkilatlarının təhlükəsizliyi mövzusunda zəmanət tələb edə bilməz.

Sabah qəzeti: Türkiyə ABŞ Milli Təhlükəsizlik üzrə Məsləhətçisi John Boltonun Suriya məsələsini müzakirə etmək üzrə Ankaraya gəldiyi əsnada strateji addım atdı. Türk Silahlı Qüvvələri Ruslar ilə bölgədəki prosesi koordinasiya çərçivəsində davam etdirmək və intizamlı əlaqə saxlamaq məqsədiylə xüsusi rabitə xətti yaratdı.

Vatan qəzetində “ Troyada son 10 ilin ziyarətçi rekordu” başlığı ilə əks edən xəbərdə bildirilib: 1998-ci ildə YUNESKO-nun Dünya Mədəniyyət İrsi Siyahısına salınan və 5 min illik mədəniyyətə ev sahibliyi edən “Troy” Antik Şəhərini 2018-ci ildə 531.650 yerli və xarici turist ziyarət edib. Bu abidə şəhər Çanakkalədə yerləşir.

 



Әlaqәli Xәbәrlәr