Rəcəb Tayyib Ərdoğan İsrail-İran gərginliyi ilə bağlı bəyanat verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran-İsrail gərginliyinə münasibət bildirib.

2129926
Rəcəb Tayyib Ərdoğan İsrail-İran gərginliyi ilə bağlı bəyanat verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran-İsrail gərginliyinə münasibət bildirib.
İstanbulda jurnalistlərə açıqlama verən Rəcəb Tayyib Ərdoğan İsraillə İran arasındakı gərginliyi qiymətləndirib.
“İsrail və İran müxtəlif mövqelər ortaya qoyurlar. İndiyədək təəcüblü olmayan bəyanat yoxdur. İranın verdiyi bəyanatlara ''Bu doğrudur''  deyə bilmirsiniz. İsrailin verdiyi bəyanatlara da eyni şəkildə'',-deyə Türkiyə Prezidenti vurğulayıb.
Qeyd edək ki, İran media orqanları İran Hərbi Hava Qüvvələri bazasının yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini bildirib.
Bu səbəbdən paytaxt Tehran, İsfahan, Şiraz və İranın bəzi bölgələrində uçuşların dayandırıldığı qeyd olunub.
Amerikanın media orqanları İsrailin İran ərazisinə hücum etdiyinə dair məlumat yaymışdı.



Әlaqәli Xәbәrlәr