Türkiyə beynəlxalq ictimaiyyətə çağırış edib

Türkiyə beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) dəstək verməyə çağırıb.

2129430
Türkiyə beynəlxalq ictimaiyyətə çağırış edib

Türkiyə beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) dəstək verməyə çağırıb.

Xarici işlər nazirinin müavini Əhməd Yıldız BMT Təhlükəsizlik Şurasının UNRWA ilə bağlı sessiyasında çıxış edib.
Oktyabrın 7-dən İsrailin hücumlarına məruz qalan Qəzzada insanların aclıqdan öldüyünü qeyd edən Yıldız beynəlxalq ictimaiyyəti  Fələstinin müqavimət hərəkatı ''Həmas'' ilə İsrail arasında atəşkəsin təmin olunması üçün hərəkətə keçməyə çağırıb.
Yıldız deyib: “Qəzza müasir dövrün ən böyük  fəlakəti ilə üz-üzədir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dərhal atəşkəs və Beynəlxalq Ədalət Məhkəməsinin ilkin tədbirləri tələb edən qətnamələri yerinə yetirilməlidir. Beynəlxalq hüquq İsrail tərəfindən açıq şəkildə pozulur”.
Nazir müavini Yıldız UNRWA-nın bu mühitdə fələstinlilər üçün bir ümid mənbəyi olduğunu deyib və Türkiyənin agentliyə dəstəyini vurğulayıb.
Yıldız İsraili bu agentliyi gözdən salmağa çalışdığına görə tənqid edib və beynəlxalq ictimaiyyətdən agentliyi müdafiə etməsini istəyib.
"İsrail hökuməti iddiaları sübuta yetirilməsə də, agentliyi gözdən salmaq üçün qarayaxma kampaniyasını davam etdirir",- Əhməd Yıldız qeyd edib.


Etiketlәr: #UNRWA , #BMT , #Türkiyə

Әlaqәli Xәbәrlәr