Türkiyə Qəzza zolağıına humanitar yardım göndərib

Türkiyə Qızıl Aypara Cəmiyyətinin Qəzza üçün hazırladığı 3 774 ton humanitar yardımın yükləndiyi gəmi dünən Mersin Beynəlxalq Limanından yola düşüb.

2128661
Türkiyə Qəzza zolağıına humanitar yardım göndərib

Türkiyə Qızıl Aypara Cəmiyyətinin Qəzza üçün hazırladığı 3 774 ton humanitar yardımın yükləndiyi gəmi dünən Mersin Beynəlxalq Limanından yola düşüb.

Oktyabrın 7-dən etibarən İsrailin hücumlarına məruz qalan Qəzza zolağındakı Fələstin xalqına ərzaq, uşaq ləvazimatları və qlütensiz məhsullardan ibarət 3774 ton yardım materialını daşıyan gəmi yola düşüb. 
Məlumata görə gəmi təxminən 40 saatdan sonra Misirin Əl-Ariş limanına çatacaq.
Qeyd edək ki, humanitar yardım materialları yük maşınları ilə Rəfah sərhəd-keçid məntəqəsinə aparılacaq.
Buradakı gömrük prosedurlarından sonra materiallar Fələstin Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək.
Türkiyə hücumların başladığı gündən etibarən Qəzzaya 13 təyyarə və 8 gəmi ilə 39 697 ton müxtəlif humanitar yardım materialı göndərib.



Әlaqәli Xәbәrlәr