Türkiyədən İran-İsrail gərginliyi məsələsində vasitəçi olması xahiş edilib

U.Börns ilə İ.Kalın arasında Ramazan bayramı günlərində baş tutan telefon danışığı zamanı Yaxın Şərq regionunda artan gərginlik mövzusu müzakirə olunub

2127566
Türkiyədən İran-İsrail gərginliyi məsələsində vasitəçi olması xahiş edilib

 

  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalından İran-İsrail gərginliyi məsələsində vasitəçi olmasını xahiş edib.

  U.Börns ilə İ.Kalın arasında Ramazan bayramı günlərində baş tutan telefon danışığı zamanı Yaxın Şərq regionunda artan gərginlik mövzusu müzakirə olunub.

  Tərəflər Qəzza zolağında atəşkəslə bağlı da öz fikirlərini bölüşüblər. Uilyam Börnslə danışıqdan sonra MİT rəhbərinin “Həmas” təşkilatının nümayəndələri ilə müzakirə apardığı bildirilir.



Әlaqәli Xәbәrlәr