Hakan Fidan Türkiyədə səfərdə olan Con Bassla görüşdü

Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib

2128023
Hakan Fidan Türkiyədə səfərdə olan Con Bassla görüşdü

 

  Xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan ABŞ dövlət katibinin müavini Con Bass ilə görüşüb. Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.

  Məlumata əsasən, görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərinə hazırlıq prosesi, bölgədəki son hadisələr, o cümlədən İsrail-Fələstin və Rusiya-Ukrayna müharibələri və Qara dəniz təhlükəsizliyi məsələləri müzakirə edilib.

  Eləcə də enerji sahəsi və PKK/YPG, İŞİD, FETÖ terror təşkilatları ilə mübarizə ətrafında da fikir mübadilələri aparılıb.

  Xatırladaq ki, ABŞ dövlət katibinin müavinin 2 günlük səfəri Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın dəvəti ilə baş tutub. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr