''Pəncə-Kilid'' əməliyyatı bölgəsində bir hərbçi şəhid olub

Bu barədə Türkiye Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.

2126391
''Pəncə-Kilid'' əməliyyatı bölgəsində bir hərbçi şəhid olub

Milli Müdafiə Nazirliyi ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində yaralanan çavuş Hikmət Aslanın şəhid olduğunu açıqlayıb.
Nazirlikdən verilən açıqlamada deyilir: “2024-cü il aprelin 9-da ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində terrorçular tərəfindən açılan atəş nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən qəhrəman hərbçimiz çavuş Hikmət Aslan müalicə olunduğu xəstəxanada edilən bütün tibbi müdaxilələrə baxmayaraq  şəhid olub''.
Bəyanatda şəhid olan hərbçiyə Allahdan rəhmət, ailəsinə, Türkiye Silahlı Qüvvələrinə və Türkiye xalqına başsağlığı verilib.



Әlaqәli Xәbәrlәr