Türkiye və İndoneziya Prezidentləri arasında telefon danışığı olub

Telefon danışığı zamanı Türkiye ilə İndoneziya arasında ikitərəfli əlaqələr və qlobal hadisələr müzakirə edilib.

2126104
Türkiye və İndoneziya Prezidentləri arasında telefon danışığı olub

Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziya prezidenti Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb.
Telefon danışığı zamanı Türkiye ilə İndoneziya arasında ikitərəfli əlaqələr və qlobal məsələlər müzakirə edilib.
Prabovo Subiantonu seçkidə əldə etdiyi qələbə münasibətilə təbrik edən prezident Rəcəb Tayyib Ərdoğan Türkiye ilə İndoneziya arasındakı köklü əlaqələrin yeni dövrdə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin məsələsi və İslam dünyası ilə bağlı bütün məsələlərdə İndoneziya ilə güclərini birləşdirməyə davam etməyin vacib olduğunu, həmçinin Türkiye-İndoneziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının ən uyğun vaxtda keçirilməsinin əhəmiyyətini qeyd edib.
Türkiye Prezidenti söhbət zamanı həmçinin indoneziyalı həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.



Әlaqәli Xәbәrlәr