Türkiye sağlamlıq turizmində mərkəz ölkəyə çevrilib

Ticarət Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib ki, Türkiye tibbi turizmə üstünlük verən ölkələr arasında yeddinci yerdədir.

2125990
Türkiye sağlamlıq turizmində mərkəz ölkəyə çevrilib

Türkiye sağlamlıq turizmində mərkəz ölkəyə çevrilib.
Ticarət Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib ki, Türkiye tibbi turizmə üstünlük verən ölkələr arasında yeddinci yerdədir.
Keçən il təxminən 1 milyon 400 min insan sağlamlıq turizmi mövzusunda Türkiyeyə üstünlük verib.
Səhiyyə xidməti ixracatı 2 milyard 300 milyon dollara çatıb.
Nazirlik ötən il səhiyyə xidməti sahəsində fəaliyyət göstərən şirkətlərə dəstəyini 281 faiz artırıb.
Ticarət Nazirliyinin açıqlamasında Türkiyenin sağlamlıq turizmindəki payının artırılması istiqamətində işlərin fasiləsiz  davam etdiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr