Türkiyə prezidenti İraqa səfərə hazırlaşır

Bu, Türkiyə dövlət başçısının 12 ildən sonra İraqa ilk səfəri olacaq

2124460
Türkiyə prezidenti İraqa səfərə hazırlaşır

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa səfəri planlaşdırılır. Bu, Türkiyə dövlət başçısının 12 ildən sonra İraqa ilk səfəri olacaq.

  Hazırda Türkiyə liderinin Bağdad səfərinə fəal hazırlıq gedir. R.T.Ərdoğanın İraqda səfəri zamanı terrorla mübarizə də daxil olmaqla, bir sıra saziş və memorandumların imzalanacağı gözlənilir.

  Analitiklərin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-ya qarşı yeni hərbi əməliyyat keçirə bilər və Ankara bunun üçün İraq hakimiyyətinin dəstəyini qazanmağa çalışır.

  Eyni zamanda, aprelin 24-də Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Türkiyəyə səfəri gözlənilir. Bu, Almaniya prezidentinin son 10 ildə Türkiyəyə ilk səfəri olacaq. Danışıqların gündəliyinə Avropaya inteqrasiya və təhlükəsizlik məsələləri, həmçinin ticarət-iqtisadi əməkdaşlıq daxil ediləcək. “Eurofighter” qırıcılarının Türkiyəyə satılması məsələsi də hələlik həll olunmamış qalır. Belə ki, Almaniya konsorsiumun iştirakçısı kimi bu sövdələşməyə razılıq verməyib.

  Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-da prezident Co Baydenlə görüşəcək. Eyni zamanda, Misir prezidenti Əbdül-Fəttah əs-Sisi və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis may ayında Türkiyəyə səfər edəcəklər.



Әlaqәli Xәbәrlәr