Türkiye XİN: Son 6 ayda törədilən cinayətlər bəşər tarixində yaşanan ən böyük vəhşiliklərdəndir

Türkiye Qəzzadakı Şəfa xəstəxanasından yayılan görüntülərin İsrailin Fələstin xalqını qəsdən və sistemli şəkildə məhv etməyi hədəflədiyinin sübutu olduğunu bildirib.

2123360

Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, İsrail səlahiyyətlilərinin son 6 ayda törətdiyi cinayətlər bəşər tarixində yaşanan ən böyük vəhşiliklərdəndir. Bu cinayətləri törədən hər kəs mühakimə olunacaq və buna göz yumanların adları tarixə qara ləkə kimi düşəcək. İnsan vicdanına və qanunlarına məhəl qoymayan, qlobal sülh və sabitliyə zərər verən İsraili dayandırmaq beynəlxalq ictimaiyyətin borcudur.

Açıqlamada “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi son atəşkəs qərarının və Beynəlxalq Ədalət Məhkəməsinin elan etdiyi əlavə tədbirlərin həyata keçirilməsini təmin etmək üçün təcili tədbirlər görülməlidir” deyilib.

Әlaqәli Xәbәrlәr