Hakan Fidan Nüvə Enerjisi Sammitinə qatılacaq

Xarici işlər naziri Hakan Fidan Nüvə Enerjisi Sammitində Türkiyenin enerji təhlükəsizliyi ilə bağlı yürütdüyü siyasətə toxunacaq.

2117668
Hakan Fidan Nüvə Enerjisi Sammitinə qatılacaq

Xarici işlər naziri Hakan Fidan Nüvə Enerjisi Sammitində Türkiyenin enerji təhlükəsizliyi ilə bağlı yürütdüyü siyasətə toxunacaq.
Martın 21-də Belçikanın paytaxtı Brüsseldə 1-ci Nüvə Enerjisi Sammiti keçiriləcək.
Sammitdə təmiz enerjiyə keçid, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin rolu müzakirə olunacaq.
Sammitdə Türkiyeni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Nazir Hakan Fidan sammitdə dövlət və hökumət başçılarına müraciət edərək Türkiyenin enerji təhlükəsizliyi ilə bağlı yürütdüyü siyasət və Akkuyu Atom Elektrik Stansiyası ilə əlaqədar məlumat verəcək.
Sammitdə həm adi atom elektrik stansiyaları, həm də kiçik modul reaktorların Türkiyenin enerji təhlükəsizliyi üçün daşıdığı əhəmiyyətə toxunulacaq.
Nüvə enerjisi sammitinə nüvə enerjisindən istifadə edən, bu sahədə potensialını artırmaq məqsədi daşıyan və nüvə enerjisinə keçəcək ölkələrin nümayəndələri dəvət olunub.
Sammitdə 18 ölkədən hökumət və dövlət başçıları və ya müavinləri, Avropa İttifaqı Şurası və Komissiyasının sədrləri, 17 ölkədən nazirlər və yüksək vəzifəli rəsmilər iştirak edəcək.



Әlaqәli Xәbәrlәr