TİKA Şimali Makedoniya fermerlərinə kənd təsərrüfatı avadanlığı verdi

Qostivarın Yuxarı Banitsa kəndində istixana və kənd təsərrüfatı avadanlıqlarının təhvil verilməsi mərasimi keçirilib

2116360
TİKA Şimali Makedoniya fermerlərinə kənd təsərrüfatı avadanlığı verdi
tika k.makedonya ciftcilere destek1.jpg
tika k.makedonya ciftcilere destek.jpg

 

  Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA Şimali Makedoniyanın Qostivar şəhərində fermerlərə istixana və kənd təsərrüfatı avadanlığı dəstəyi verib.

  Qostivarın Yuxarı Banitsa kəndində istixana və kənd təsərrüfatı avadanlıqlarının təhvil verilməsi mərasimi keçirilib. Tədbirdə TİKA-nın Skopye koordinatoru Mehmet Bayrak, Makedoniya-Türkiyə Qeyri-Hökumət Təşkilatları Dərnəyinin (MATÜSİTEB) sədri Tahsin İbrahim və layihədən faydalanacaq fermerlər iştirak edib.

  M.Bayrak TİKA-nın Şimali Makedoniyada 2005-ci ildən təhsil, səhiyyə, mədəni əməkdaşlıq, mülki və inzibati infrastrukturun gücləndirilməsi, əkinçilik və heyvandarlığın inkişafı kimi sahələr üzrə layihə və fəaliyyətlərini davam etdirdiyini bildirərək deyib: “Kənd yerlərində əkinçilik fəaliyyəti ilə həyatlarını davam etdirən fermer ailələrinə dəstək məqsədilə 2007-ci ildə başladığımız “Davamlı kənd təsərrüfatı istehsalına dəstək layihələri” çərçivəsində hər il müəyyən dəstək ayırırıq. Təxminən 1000-ə yaxın istixana müəssisəsi qurmuşuq. İndiyədək 600-ə yaxın ailəni iqlimə və ekoloji şəraitə uyğun müxtəlif istixana obyektləri ilə təmin etdik, fərqli sortlardan yüksək məhsuldar çiyələk, qoz, gavalı, nar və badam tingləri yetişdirdik, təlim proqramları həyata keçirdik.

  Bu gün 11 rayondan 100 fermer ailəsinə 125 kvadratmetr damcı suvarma sistemi olan istixana təsərrüfatı avadanlığı, həmçinin 200 ailənin birgə istifadə edə biləcəyi kənd təsərrüfatı texnikası təhvil verildi. Bu dəstəklərlə fermer ailələrinin iqtisadi gəlirlərini artırmağı, beləliklə də kəndin inkişafına töhfə verməyi düşünürük”.

 



Әlaqәli Xәbәrlәr