Türkiye ilə Kuba arasında saziş imzalandı

Türkiyenin Xəzinə və Maliyyə Nazirliyi Kuba ilə vergidən yayınmaya qarşı müqavilə imzalandığını açıqlayıb.

2115253
Türkiye ilə Kuba arasında saziş imzalandı

Türkiyenin Xəzinə və Maliyyə Nazirliyi Kuba ilə vergidən yayınmaya qarşı müqavilə imzalandığını açıqlayıb.

Müqavilə ilə bağlı nazirliyin sosial media hesabında məlumat verilib. Məlumata əsasən, Türkiyə ilə Kuba arasında “Gəlir vergilərində ikiqat vergitutmanın və vergidən yayınmanın qarşısının alınmasına dair saziş” imzalanıb.
“Türkiye Respublikası  ilə Kuba Respublikası arasında danışıqların birinci raundu  2022-ci ilin 4-8 fevral tarixlərində, danışıqların ikinci raundu isə 2023-cü ilin 6-9 iyun  tarixlərində keçirilmişdir. ''Gəlir vergilərində ikiqat vergitutmanın və vergidən yayınmanın qarşısının alınması haqqında saziş” 2024-cü ilin 13 mart tarixində imzalanıb'',-deyə məlumatda vurğulanıb.
Sənəd Türkiyenin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Kuba Baş nazirin müavini Rikardo Kabrisas Ruiz tərəfindən imzalanıb.
Məlumata görə, müqavilə iki ölkənin iqtisadi əlaqələrinə mühüm töhfə verəcək.


Etiketlәr: #müqavilə , #Kuba , #Türkiye

Әlaqәli Xәbәrlәr