Bağdadda terrorla mübarizə məsələsi müzakirə olunacaq

Hakan Fidan, Yaşar Gülər ​​və İbrahim Kalın terrorla mübarizədə əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün sabah İraqın paytaxtı Bağdada gedəcək.

2115049
Bağdadda terrorla mübarizə məsələsi müzakirə olunacaq

Xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın terrorla mübarizədə əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün bu gün İraqın paytaxtı Bağdada gedəcək.

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında bildirib ki,  martın 14-də Bağdadda keçiriləcək Türkiye-İraq Təhlükəsizlik Zirvə toplantısında təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri prioritet gündəm mövzusu olacaq.

Ö.Keçeli terrorla mübarizədə "ortaq anlaşmanın inkişaf etdirilməsi" və bu istiqamətdə atılacaq konkret addımların da müzakirə mövzusu olacağına diqqət çəkib.

Öncü Keçeli son zirvə toplantısında verilən və “PKK-nın hər iki ölkə üçün ortaq təhdid" olaraq təyin edildiyi açıqlamanı xatırladaraq, terror təşkilatı PKK-nın İraq rəsmiləri tərəfindən ortaq təhdid olaraq təsvir edilməsini "İraq tərəfində PKK ilə mübarizə əzminin inkişaf etməyə başladığının bir işarəsi" gördüklərini ifadə edib.

Digər tərəfdən, Ö.Keçeli İraqda təbii qaz ehtiyatlarının inkişaf etdirilməsi və beynəlxalq bazarlara daşınması üçün enerji ilə bağlı müzakirələrin aparılacağını bildirib.

Keçeli xatırladıb ki, İraq-Türkiye Neft Kəməri bir müddətdir bağlanıb:

"Biz keçən ilin oktyabrında bu boru kəməri ilə daşımaların başlaya biləcəyini və bizim üçün heç bir problem olmadığını demişdik. Bununla belə, İraq tərəfinin hələlik daşımalara başlamağa hazır olmadığını anlayırıq". 

Öncü Keçeli İraqdakı bütün tərəflərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində razılığa gələcəyinə ümid etdiklərini və boru kəmərinə neft daşınmasının yaxın zamanda başlayacağını bildirib.

“VII Türkiye-ABŞ Strateji Mexanizm Görüşü” çərçivəsində ABŞ-a səfərinə də toxunnan Ö.Keçeli "Terrorla mübarizə sahəsində ABŞ-a çox açıq mesajımız oldu. PKK/YPG və FETÖ ilə bağlı gözləntilərimizi onlara açıq şəkildə çatdırdıq. Müttəfiq ölkənin ölkəmizin təhlükəsizliyini hədəf alan terror təşkilatları ilə əməkdaşlıq etməsinin əsla qəbuledilməz olduğunu bildirdik" deyib.



Әlaqәli Xәbәrlәr