“Güclü qadın, güclü ailə və güclü Türkiyə”, R.T.Ərdoğan

İstanbulda “Türkiyə ilə güclənən və Türkiyəyə güc qatan qadınlar” tədbirində iştirak edən Ərdoğan Türkiyə və bütün dünya qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək deyib ...

2112990
“Güclü qadın, güclü ailə və güclü Türkiyə”, R.T.Ərdoğan
erdogan kadinlar gunu.jpg
erdogan kadinlar gunu program.jpg
erdogan kadinlar gunu program.jpg
erdogan kadinlar gunu program.jpg

 

  Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyə əsri”nin hazırlıqlarını güclü qadın, güclü ailə və güclü Türkiyə oxu ətrafında apardıqlarını söylədi.

  İstanbulda “Türkiyə ilə güclənən və Türkiyəyə güc qatan qadınlar” tədbirində iştirak edən Ərdoğan Türkiyə və bütün dünya qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək deyib: “8 Martın sülhə, dostluğa, qardaşlığa və həmrəyliyə səbəb olmasını arzu edirəm.

  Təkcə 8 Mart deyil, ilin qalan 364 günü də qadınlar günüdür və belə də olmalıdır.

  “Türkiyə əsri”nin hazırlıqlarını güclü qadın, güclü ailə və güclü Türkiyə oxu ətrafında həyata keçiririk.

  Güclü ailə təkcə millət və dövlət olaraq ölkənin varlığının deyil, həm də ölkənin gələcəyinin təminatıdır. Ailə ilə qadını ayıran, qadını ailəyə qarşı qoyan, qadınlar və ailələr arasında divar çəkən hər cür yanaşmanı rədd edirik.

  Türkiyədə qərarvermə mexanizmlərində qadınların təmsil olunması nisbəti 4-5 dəfə artıb. Çalışan qadınların sayı 6 milyondan 10,5 milyona yüksəlib”.



Әlaqәli Xәbәrlәr