XİN: İsrailin mülki şəxsləri hədəf alması onun Fələstin xalqını məhv etməyi hədəflədiyinin sübutudur

Türkiye bəyan edib ki, İsrailin qəzzalıları aclığa məhkum edərkən yardım növbəsində gözləyən günahsız mülki insanları hədəfə alması, Fələstin xalqını bilərək və kollektiv şəkildə məhv etməyi hədəflədiyinin sübutudur.

2109394

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin Qəzzada yardım gözləyən mülki şəxslərə hücumu ilə bağlı "İsrail Nabulsi meydanında fələstinliləri öldürməklə insanlığa qarşı cinayətlərinə yeni bir cinayət əlavə etdi. Qəzzalıları aclığa məhkum edən İsrailin bu dəfə yardım növbəsindəki günahsız mülki insanları hədəfə alması onun bilərək və kütləvi şəkildə fələstinliləri öldürməyi hədəflədiyinin sübutudur" deyilib.
Bəyanatda həmçinin deyilib ki, İsrail Qəzzada hərbi əməliyyatı dərhal dayandırmalıdır, lakin İsrail hökumətinin bu qərarı vermək üçün sağlam düşüncəsi və vicdanı yoxdur. Bütün dünya Qəzzadakı zülmün qlobal əks-səda doğuracaq bir fəlakətə çevrilmək üzrə olduğunu görməlidir. Bu çərçivədə İsrail hökuməti üzərində təsiri olan bütün qrupları Qəzzadakı vəhşiliyi dayandırmağa çağırırıq."

Qeyd edək ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza şəhərinin cənubundakı Rəşid küçəsindəki Nablusi qovşağında humanitar yardım gözləyənlərə hücumu nəticəsində 112 nəfərin öldüyünü, 760 nəfərin isə yaralandığını açıqlayıb.

Әlaqәli Xәbәrlәr