Sedat Önal Rusiya-Ukrayna müharibəsini qiymətləndirib

Türkiyenin BMT-dəki daimi nümayəndəsi Sedat Önal Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib: ''Artıq çox gecikmədən gerçək, davamlı və hər şeydən əvvəl həyata keçirilə bilən sülh üçün səylər göstərilməlidir”.

2107918

Sedat Önal ötən gün BMT Baş Assambleyasında Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı keçirilən sessiyada çıxış edib.
Sedat Önal Ukraynadakı müharibənin təsirlərinin döyüş meydanını aşdığını, can itkisi və fiziki dağıntıların günü-gündən artdığını, müharibənin beynəlxalq sülh və təhlükəsizlik baxımından da qlobal təsirlərə səbəb olduğunu bildirib.
Sedat Önal deyib:''Türkiye ilk gündən bu müharibəyə qarşı çıxaraq və Ukrayna ərazilərinin ilhaqını rədd edərək  sabit mövqe nümayiş etdirdi''.
Səfir Sedat Önal xatırladıb ki, Türkiye Krımın qanunsuz ilhaqından sonra Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyini dəstəkləyib.
Sedat Önal Qara Dəniz Taxıl Təşəbbüsünün diplomatiyanın nəticə verdiyini göstərdiyini ifadə edərək deyib: “Qara dənizdə yeni təhlükəsizlik çərçivəsinin necə yaradıla biləcəyini araşdırırıq”. 
Türkiyenin BMT-dəki dəimi nümayəndəsi qeyd edib ki, Qara dənizdəki sabitlik gərginliyin və qlobal ərzaq bazarının çökməsinin qarşısını almaq üçün böyük əhəmiyyət kəsb edir.

Etiketlәr: #BMT , #Rusiya , #Ukrayna , #Sedat Önal

Әlaqәli Xәbәrlәr