"Asiyada tərəqqiyə, yüksəlişə nail olmaq üçün APA çərçivəsində birgə səylər vacibdir", N.Kurtulmuş

... TBMM-in sədri çıxışının sonunda Asiya Parlament Assambleyasına sədrliyi Türkiyədən Azərbaycana təhvil verildiyini vurğulayıb

2106412
"Asiyada tərəqqiyə, yüksəlişə nail olmaq üçün APA çərçivəsində birgə səylər vacibdir", N.Kurtulmuş
Numan Kurtulmuş_Azərbaycan.jpg
Numan Kurtulmuş_Sahibə Qafaroba_Azərbaycan.jpg
Bakı_Asiya Parlament Assambleyası.jpg
tayland temsilciler meclisi baskani wan noor-kurtulmus.jpg
umman sura meclisi baskani al maawali -kurtulmus.jpg

 

  Fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işinə başlayıb.

  “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri, habelə bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edirlər.

  Sessiyanın açılışında Asiya Parlament Assambleyasının baş katibi Mohammad Reza Majidi çıxış edib. O, Asiya Parlament Assambleyasına sədrliyin növbəti iki il üçün Türkiyədən Azərbaycana keçdiyini söyləyib.

  Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin və Asiya Parlament Assambleyanın fəaliyyətdə olan sədri Numan Kurtulmuş APA-nın 14-cü sessiyasının uğurla keçəcəyinə, Asiya dövlətləri arasında həmrəyliyin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. O, bu gün dünyada mürəkkəb proseslərin baş verdiyini söyləyib və belə bir zamanda Asiya Parlament Assambleyasında müzakirəyə çıxarılan məsələlərin sülh və sabitlik şəraitində inkişafa xidmət edəcəyini deyib. N.Kurtulmuş Asiyada tərəqqiyə, yüksəlişə nail olmaq üçün APA çərçivəsində birgə səylərin vacibliyini qeyd edib. 

  TBMM-in sədri çıxışının sonunda Asiya Parlament Assambleyasına sədrliyi Türkiyədən Azərbaycana təhvil verildiyini vurğulayıb.

  Milli Məclisinin sədri Sahibə Qafarova növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrliyi qəbul edib. Çıxışında S.Qafarova Türkiyə Böyük Millət Məclisinin təşkilata uğurlu sədrliyini xatırladıb. Deyib ki, son illərdə görülən işlər parlamentlərarası əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olub. O bildirib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi ilə yanaşı, ayrı-seçkilik, irqçilik, ksenofobiya və islamofobiyanın artması kimi aktual problemlər Asiya regionuna da mənfi təsir göstərir. Bütün bu çağırışlar ayrı-ayrılıqda deyil, yalnız kollektiv, birgə səylərlə həll edilə bilər. Bu, bölgəmizdə sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişaf üçün də keçərlidir.

  Azərbaycan parlamentin sədri daha sonra qeyd edib ki, Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada, Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformanı təmsil edir.



Әlaqәli Xәbәrlәr