''Bürc Xəlifə'' göydələni Türkiye bayrağının rəngləri ilə işıqlandırılıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəmzlərindən hesab olunan ''Bürc Xəlifə'' göydələni Türkiye bayrağının rəngləri ilə işıqlandırılıb.

2101626

Prezident Rəcəb Tayyib Ərdoğanın BƏƏ-də keçirilən Dünya Hökumətlər Sammitində  (WBS) iştirakı ilə əlaqədar Dubay şəhərindəki dünyanın ən hündür göydələni və BƏƏ-nin rəmzlərindən hesab olunan ''Bürc Xəlifə'' binası Türkiye bayrağının rəngləri ilə işıqlandırılıb.
Dubayda keçirilən “2024 Dünya Hökumətlər Sammiti” dünən 25-dən çox dövlət və hökumət başçısının iştirakı ilə başlayıb.
“Gələcəyin hökumətlərinin formalaşdırılması” mövzusu ilə keçirilən sammit sabah (14 fevral) başa çatacaq.

Әlaqәli Xәbәrlәr