Ərdoğan Alper Gezeravcını qəbul edib
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin ilk astronavtı Alper Gezeravcı və ailəsi ilə görüşüb.
2101226
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin ilk astronavtı Alper Gezeravcı və ailəsi ilə görüşüb.
Prezident Ərdoğan Türkiyenin ilk kosmos missiyasını uğurla başa vuraraq paytaxt Ankaraya qayıdan Alper Gezeravcı və ailəsini Esenboğa hava limanında qəbul edib.
Gezeravcı kosmosa çıxardığı Türkiye bayrağını Prezident Ərdoğana verib.
Prezident Ərdoğan Türkiye bayrağını öpərək qəbul edib.
Qəbulda Prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və Türkiyə Elmi Araşdırmalar Şurasının (TÜBİTAK) sədri Hasan Mandal da iştirak edib.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.