Alper Gezeravcı vətənə qayıtdı

Türkiyenin ilk astronavtı Alper Gezeravcı vətənə qayıtdı.

2100862
Alper Gezeravcı vətənə qayıtdı

 

Kosmik missiyasından qayıdan Alper Gezeravcı Amerika Birləşmiş Ştatlarında (ABŞ) yoxlamalardan sonra Türkiye Prezident Administrasiyasının təyyarəsi ilə Ankara Esenboğa Hava Limanına gəlib.

Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır sosial media hesabında Türkiyenin ilk astronavtı Alper Gezeravcının fotosunu “Fəxr et Türkiye” həştəqi və “Adam evə qayıdır” sözləri ilə paylaşıb.

 Qeyd edək ki, A.Gezeravcı və onu müşayiət edən 3 astronavtı Yer kürəsinə gətirən “Dragon” kosmik gəmisi 10 fevralda ABŞ-da Florida sahillərində suya endi.

"Dragon" kapsulu yanvarın 18-də yerli vaxtla saat 16.49-da (19 yanvar 00.49) ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb.

Səyahəti təxminən 36 saat davam edən "Ax-3" heyəti yanvarın 20-də Beynəlxalq Kosmik Stansiyaya çatıb.



Әlaqәli Xәbәrlәr