İstanbul bələdiyyəsinə sədr namizədi silahlı hücuma məruz qaldı

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki paylaşımında silahlı hücumu pisləyərək deyib ...

2100539
İstanbul bələdiyyəsinə sədr namizədi silahlı hücuma məruz qaldı

 

  Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Böyükşəhər bələdiyyə sədr namizədi Əziz Yeniay İstanbulun Küçükçekmece rayonunda seçki platforması çalışmaları zamanı uzun lüləli tapança ilə atəşə məruz qalıb. Bir nəfərin ağır yaralandığı hücumdan sonra polislər hadisəni törədənlərin tutulması üçün əməliyyata başlayıb.

  Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki paylaşımında silahlı hücumu pisləyərək deyib: "Seçki prosesinin sağlam və demokratiyamıza yaraşdığını qəbul edə bilməyənlərin prosesi zəhərləmək cəhdlərinə heç vaxt icazə verməyəcəyik. Demokratiyamıza, birliyimizə və həmrəyliyimizə yönəlmiş istənilən hücum öz məqsədinə çatmayacaq".

  Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da sosial media hesabında hücumu pisləyərək bunları söyləyib: “Demokratiyanın ən mühüm göstəricilərindən olan azad seçki mühitində atılan hər bir güllə milli iradəyə zidd hərəkətdir… Təcavüzkarlar heç vaxt birliyimizə və qardaşlığımıza xələl gətirə bilməyəcəklər”.

  Ölkənin vitse-prezident Cevdet Yılmaz da sosial şəbəkədəki paylaşımında hücumu pisləyib.



Әlaqәli Xәbәrlәr