Hakan Fidan Maltaya səfər edib

Xarici işlər naziri Hakan Fidan Maltanın paytaxtı Vallettaya səfər edib.

2098040
Hakan Fidan Maltaya səfər edib

Xarici işlər naziri Hakan Fidan Maltanın paytaxtı Vallettaya səfər edib.

Diplomatik mənbələrdən verilən açıqlamaya görə, xarici işlər naziri Hakan Fidan fevralın 5-də Türkiye vaxtı ilə saat 20.30-da Maltanın paytaxtı Vallettaya gəlib.

Nazir Fidan bu gün rəsmi səfərdə olduğu Maltada xarici işlər, Avropa və ticarət naziri Yan Borqla görüşəcək.

Fidan ayrıca Malta Prezidenti Corc Vella və Baş nazir Robert Abela tərəfindən də qəbul ediləcək.

Bildirilib ki, Valettada keçiriləcək görüşlərdə iki ölkə arasındakı əlaqələr və regional məsələlər, həmçinin Türkiye-Avropa İttifaqı münasibətləri müzakirə olunacaq.


Etiketlәr: #Malta , #Hakan Fidan

Әlaqәli Xәbәrlәr