“Türkiyə qərarının təsdiqlənməsi İsveçin NATO-ya girməsinin təsdiqlənməsi deməkdir", B.Kardin

B.Kardin bununla bağlı açıqlamasında deyib ...

2094069
“Türkiyə qərarının təsdiqlənməsi İsveçin NATO-ya girməsinin təsdiqlənməsi deməkdir", B.Kardin

 

  ABŞ senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin və Nümayəndələr Palatasının komitədəki üzvü, demokrat Qriqori Miks “F-16” qırıcılarının Türkiyəyə satışına qarşı çıxmayacaqlarını bildiriblər.

  TASS xəbər verir ki, B.Kardin bununla bağlı açıqlamasında deyib: “Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi fonunda “F-16” qırıcılarının Türkiyəyə satışına icazə verəcək. Türkiyənin “F-16“ təyyarələrinin alınması ilə bağlı müraciətin təsdiqlənməsi İsveçin NATO-ya daxil olmasının təsdiqlənməsi deməkdir."

  Qriqori Miks də öz növbəsində Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışladığını vurğulayaraq “Türkiyənin Egey dənizində gərginliyi azaltmaq üçün atdığı addımlar onu ruhlandırıb” deyib.

  ABŞ Dövlət Departamenti Türkiyəyə dövlət müqavilələrinə əsasən, 23 milyard dollarlıq “F-16” qırıcılarının, təkmilləşdirmə dəstlərinin və digər sistemlərin mümkün satışına icazə verib. Bununla bağlı sənəddə rəsmi Ankaranın ABŞ-dan 40 ədəd yeni “F-16” almaq, istismarda olan 79 ədəd “F-16”nı modernləşdirmək, həmçinin naviqasiya və rabitə də daxil olmaqla, ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istədiyi bildirilib.

  ABŞ administrasiyası artıq bu qərarla bağlı konqresə məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və ya onu bloklamaq üçün 15 gün vaxtı var.

 



Әlaqәli Xәbәrlәr