TBMM İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Türkiye Böyük Millət Məclisinin  Baş Assambleyasında İsveçin Şimali Atlantika Müqaviləsinə (NATO) qoşulması haqqında protokolun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirələri başa çatıb.

2092597
TBMM İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Türkiye Böyük Millət Məclisi İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.
Türkiye Böyük Millət Məclisinin  Baş Assambleyasında İsveçin Şimali Atlantika Müqaviləsinə (NATO) qoşulması haqqında protokolun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirələri başa çatıb.
Müzakirələrin sonunda səsvermədə iştirak edən 346 deputatdan 287-si sənədin lehinə, 55-i əleyhinə səs verib, 4-ü isə bitərəf qalıb.
NATO Parlament Assambleyasının prezidenti Mişal Szczerba rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda  NATO Parlament Assambleyasının Türkiye Nümayəndəliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.
NATO-nun baş katibi Yens Stoltenberq verdiyi  açıqlamada Türkiye Böyük Millət Məclisinin qərarını alqışladığını qeyd edib.
Yens Stoltenberq deyib:"Bütün NATO müttəfiqləri Vilnüsdə keçirilən sammitdə İsveçi ittifaqımıza qoşulmağa dəvət etməyə razılaşdılar və İsveç öz öhdəliklərini yerinə yetirdi. İsveçin üzvlüyü NATO-nu daha güclü edəcək''.


Etiketlәr: #NATO , #İsveç , #TBMM

Әlaqәli Xәbәrlәr