Türkiyenin ilk astronavtı Alper Gezeravcının kosmosa səyahəti başladı

Türkiyenin ilk astronavtı Alper Gezeravcının kosmosa səyahəti Türkiye vaxtı ilə saat 00.49-da başlayıb.

2090596
Türkiyenin ilk astronavtı  Alper Gezeravcının kosmosa səyahəti başladı

Türkiyenin ilk astronavtı Alper Gezeravcının kosmosa səyahəti Türkiye vaxtı ilə saat 00.49-da başlayıb. Alper Gezeravcını daşıyan kosmik gəmi Amerika Birləşmiş Ştatlarının Kennedi Kosmik Mərkəzindən uğurla kosmosa buraxılıb.
İlk türk astronavtı Alper Gezeravcını daşıyan kosmik gəminin şəmbə günü  ABŞ vaxtı ilə saat 05.15-də, Türkiye vaxtı ilə isə 13,15-də Beynəlxalq Kosmik Stansiyaya çatması gözlənilir. 
''SpaceX''  Beynəlxalq Kosmik Stansiyaya (BKS) doğru səyahətə başlayan Dragon kapsulunda olan Ax-3 komandasının ilk düşüncələrini ''X'' internet səhifəsində paylaşıb.

Alper Gezeravcının kosmosdakı ilk sözləri belə oldu: “Bu anı Ulu Öndər Mustafa Kamal Atatürkün sözləri ilə başlamaq istərdim: ''Gələcək səmadadır''.

Kosmos səyahəti ilə "ilk türk astronavtı" ünvanını da alan Gezeravcı 14 gün ərzində Beynəlxalq Kosmik Stansiyada 13 fərqli elmi təcrübə həyata keçirəcək. Gezeravcı mikroqravitasiya, kosmosda insan sağlamlığı, kosmosda Duz Gölü bitkisinin tədqiqi, sıfır cazibə mühitində bərk-maye qarışımının tədqiqi kimi sahələrdə elmi layihələr üzərində təcrübələr aparacaq.

Bu arada ''Falcon 9'' raketi Ax-3 ekipajını daşıyan ''Dragon'' kapsulunu müəyyən edilmiş hündürlüyə qaldırdıqdan sonra uğurla kapsuldan ayrılıb. ''Falcon 9'' daha sonra Kennedi Kosmik Mərkəzinin şərqində yerləşən Cape Canaveral bazasına uğurla eniş edib.



Әlaqәli Xәbәrlәr