TSQ Suriya və İraqda terrorçuları zərərsizləşdirməyə davam edir

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ...

2085328
TSQ Suriya və İraqda terrorçuları zərərsizləşdirməyə davam edir

 

  Suriyanın şimalında “Fərat qalxanı” və “Zeytun budağı” bölgələrində hücuma hazırlaşan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir: "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatlarını davam etdirir. “Fərat qalxanı” və “Zeytun budağı” bölgələrində hücuma hazırlaşan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib”.

  İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında da aralarında “məsul terrorçular”ın olduğu hədəflər məhv edilib.

  Milli Müdafiə Nazirliyindən verilən məlumatda deyilir: “Separatçı terror təşkilatı PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraqın şimalından xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə, BMT-nin 51-ci maddəsindən doğan özünümüdafiə hüquqlarına uyğun olaraq İraqın şimalında Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirildi. Aparılan hava əməliyyatları ilə separatçı terror təşkilatının istifadə etdiyi mağara, sığınacaq və anbarlardan ibarət və “məsul terrorçular”ın olduğu 15 hədəf məhv edilib. Həyata keçirilən əməliyyatlarda yerli və milli sursatdan maksimum miqdarda istifadə olunub.

  Bu əməliyyatlar ehtiyat tədbirləri ilə həyata keçirilib, günahsız mülki adamlar, dostlar, tarixi-mədəni sərvətlər və ətraf mühit zərər görməyib.

  Türkiyənin və millətin təhlükəsiz yaşaması üçün terrorla mübarizə bir nəfər də olsun, terrorçu qalmayana qədər qətiyyətlə davam edəcək."  



Әlaqәli Xәbәrlәr