Entoni Blinken Türkiyedə səfərdədir
ABŞ dövlət katibi Entoni Blinken xarici işlər naziri Hakan Fidan ilə görüşmək üçün İstanbula gəlib.
ABŞ dövlət katibi Entoni Blinken xarici işlər naziri Hakan Fidan ilə görüşmək üçün İstanbula gəlib.
Blinkeni və onu müşayiət edən heyəti İstanbula gətirən təyyarə Türkiye vaxtı ilə saat 19.10-da İstanbul hava limanına enib.
Blinkeni hava limanında səfir Yaprak Balkan, Xarici İşlər Nazirliyinin ikitərəfli siyasi məsələlər üzrə baş direktoru, ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk, ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh və digər rəsmi şəxslər qarşılayıblar.
Xarici işlər naziri Fidan ilə amerikalı həmkarı arasında İstanbulda keçiriləcək görüşlərdə İsrailin Qəzzaya hücumları, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...