Türkiye ilə Böyük Britaniya arasında protokol imzalandı

Türkiye ilə Böyük Britaniya arasında Birgə İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) Protokolu və Fəaliyyət Planı imzalanıb.

2084958
Türkiye ilə Böyük Britaniya arasında protokol imzalandı

Türkiye ilə Böyük Britaniya arasında Birgə İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) Protokolu və Fəaliyyət Planı imzalanıb.
Ticarət naziri Ömər Bolat və Böyük Britaniyanın Beynəlxalq Biznes və Ticarət üzrə naziri Kemi Badenok İstanbuldakı Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) mərkəzində  7-ci Dövr Türkiye-Birləşmiş Krallıq JETCO toplantısında görüşüblər.
Toplantıdan sonra Bolat və Badenok Türkiye-Birləşmiş Krallıq JETCO Protokolu və Fəaliyyət Planını imzalayıblar.
İmzalanma mərasimindən sonra çıxış edən Ömər Bolat Böyük Britaniyanın Türkiyenin ən mühüm ticarət tərəfdaşlarından biri olduğunu bildirib.
Nazir Ömər Bolat iki ölkə arasında artan sərmayələrə də diqqət çəkərək, Türkiye ilə Böyük Britaniya arasındakı Azad Ticarət Müqaviləsini 2024-cü ildə genişləndirməyi ümid etdiklərini ifadə etdi.



Әlaqәli Xәbәrlәr