İran prezidenti Türkiyəyə səfər edir

İran prezidentinin Türkiyəyə səfəri çərçivəsində mədəniyyət, elm, media, daxili işlər, nəqliyyat, ticarət və iqtisadiyyat kimi sahələrdə 10-a yaxın müqavilə imzalanacaq

2083367
İran prezidenti Türkiyəyə səfər edir

 

  İran prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə gəlir.

  İ.Rəisinin səfərinin İran və Türkiyə arasında yüksək səviyyəli dialoqun davamında mühüm mərhələ və ortaq gündəmdəki məsələlərin müzakirəsi üçün əlverişli fürsət olacağı gözlənilir.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan iranlı həmkarları ilə ikitərəfli əlaqələrlə yanaşı, regional məsələləri də müzakirə edəcəklər.

  Səfər çərçivəsində İraq, Suriya, Cənubi Qafqaz və Əfqanıstan kimi regional məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq, Türkiyənin İrandan terrorla mübarizədə konkret əməkdaşlıq gözləməsi ön plana çıxacaq.

  Türkiyə ilə İran arasında 560 kilometrlik uzun sərhəd mövcuddur. Bu baxımdan PKK və onun İran qanadı PJAK başda olmaqla bütün terror təşkilatlarına qarşı birgə mübarizənin effektiv şəkildə davam etdirilməsi danışılacaq.

  İran prezidentinin Türkiyəyə səfəri çərçivəsində mədəniyyət, elm, media, daxili işlər, nəqliyyat, ticarət və iqtisadiyyat kimi sahələrdə 10-a yaxın müqavilə imzalanacaq.



Әlaqәli Xәbәrlәr