Türkiyə diplomatının qatili zərərsizləşdirildi

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) türk diplomat O.Kösenin 2019-cu il iyulun 17-də İraqın Ərbil şəhərində getdiyi bir restoranda şəhid olması ilə bağlı araşdırmalar aparırdı ...

2082506
Türkiyə diplomatının qatili zərərsizləşdirildi

 

  İraqda türkiyəli diplomat Osman Kösenin şəhid olduğu aksiyanın səbəbkarlarından biri - terror təşkilatı PKK-dan “Renas Derik” kod adlı Cəmil Akar İraqın şimalında zərərsizləşdirilib.

  Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) türk diplomat O.Kösenin 2019-cu il iyulun 17-də İraqın Ərbil şəhərində getdiyi bir restoranda şəhid olması ilə bağlı araşdırmalar aparırdı. Dəqiq araşdırmada hücumu törədənlər və onlarla əməkdaşlıq edənlər müəyyənləşib. Terrorçulardan birinin “Renas Derik” kod adlı Cəmil Akar olduğu bəlli olub. PKK/KCK terrorçusunun Ərbildən Süleymaniyə bölgəsinə, oradan da Qəndilə getdiyi öyrənilib.

  MİT və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi hava əməliyyatında terrorçuların hədəfləri uğurla vurulub və çox sayda terrorçu zərərsizləşdirilib. Onların arasında türkiyəli diplomat Osman Kösenin şəhid olduğu hücumu törədən terrorçu Cəmil Akarın da olduğu müəyyən edilib.

  Bundan əvvəl MİT İraqın şimalındakı Süleymaniyyədə keçirdiyi əməliyyatda bu hücumun təşəbbüskarı olan "Hasan" kod adlı Cəlal Qayanı da zərərsizləşdirmişdi.



Әlaqәli Xәbәrlәr