“İsrail tənhalığa doğru gedir”, R.T.Ərdoğan

İstanbulda verdiyi açıqlamada R.T.Ərdoğan deyib ...

2077147
“İsrail tənhalığa doğru gedir”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “İsrail indi tənhalığa doğru gedir” dedi.

  İstanbulda verdiyi açıqlamada R.T.Ərdoğan deyib: “İsraildən xoş niyyət gözləməkdən daha çox dünyanın İsrailə necə baxdığını görmək lazımdır.

  Unutmayın, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ilk olaraq 121 ölkə İsrailə qarşı çıxdı. Bu 121 ölkə bizimlə hərəkət etdi. 40 ölkə bitərəf, 10-u İsrailin tərəfində qaldı. Amma indi zaman dəyişdi. İsrail tənhalıq içindədir və tənhalığı daha da artacaq.

  Bildiyiniz kimi, 14 dekabrda ABŞ prezidenti Co Baydenlə telefonda danışdım. Bu söhbətin əsas mövzusu “F-16” ilə bağlı idi. C.Bayden “F-16” ilə bağlı proseslərə müsbət baxdığını və buna hazır olduğunu dedi.

  Amerikanı bizim İsveçə yanaşmamız və parlamentimizin verəcəyi qərar xüsusilə maraqlandırır. Bizim İsveçə qarşı yanaşmamız vicdanlıdır, onların terrorizmə münasibətlərinə bağlıdır.

  Baydenlə Qəzza məsələsini də müzakirə etdik. Qəzzada baş verən proseslərdə 18 mindən çox uşaq, qadın və qoca həyatını itirib. Məktəblər, məscidlər, kilsələr dağıdılıb. Bunların nə qədər insan olduğunu göstərdik, “Amerika bura müdaxilə etsin, siz müdaxilə edin” dedik. Əgər bu hadisələrə müdaxilə etməsək, insanlıq cinayəti qarşısında əlimiz bağlı kimi dayanarıq. Biz əlimizdən gələni etməyə davam edəcəyik".



Әlaqәli Xәbәrlәr