Rəcəb Tayyib Ərdoğan və Kiriakos Miçotakis birgə mətbuat konfransında çıxış ediblər

Prezident Rəcəb Tayyib Ərdoğan Egey dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək istədiklərini bildirib.

2073954
Rəcəb Tayyib Ərdoğan və Kiriakos Miçotakis birgə mətbuat konfransında çıxış ediblər

Prezident Rəcəb Tayyib Ərdoğan Egey dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək istədiklərini bildirib.
Yunanıstanın paytaxtı Afinaya səfər edən prezident Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
Türkiye Prezidenti iki ölkə arasındakı mövcud problemləri konstruktiv dialoq, mehriban qonşuluq və beynəlxalq hüquq çərçivəsində birgə səylərlə həll etməyə ümid etdiklərini ifadə edib.
Kipr məsələsinin ədalətli və davamlı həllinin bütün bölgənin xeyrinə olacağını vurğulayan Ərdoğan deyib:"Egey dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək istəyirik. Türkiye-Yunanıstan olaraq atacağımız ortaq addımlarla bütün dünyaya nümunə olmaq istəyirik''.
Terrorla mübarizə sahəsində əməkdaşlığa toxunan Türkiye Prezidenti Lavrion düşərgəsinin bağlanması ilə bağlı Yunanıstanda terrorçulara sığınacaq verən oxşar düşərgələrin yaradılmasının qarşısının alınmasında diqqətli olmağın vacibliyini vurğulayıb.
Türkiye Prezidenti azlıqların sülh və rifahının artırılmasının iki ölkə arasındakı münasibətlərə müsbət təsir edəcəyini ifadə edib.
Mitsotakis də öz növbəsində bildirib ki, iki həmsərhəd ölkə yan-yana və birlikdə hərəkət etməlidir.



Әlaqәli Xәbәrlәr