Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bəyanatlar verib

Türkiye Prezidenti deyib: “İsrail İkinci Dünya Müharibəsindən bəri Fələstin torpaqlarında törətdiklərinə görə cavab verəcək.

2073469
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bəyanatlar verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra əhəmiyyətli bəyanatlar verib.
İclasda İsrailin Qəzza zolağına iki aydır davam edən hücumlarının gündəmə gəldiyini ifadə edən Türkiye Prezidenti deyib: “İsrail İkinci Dünya Müharibəsindən bəri Fələstin torpaqlarında törətdiklərinə görə cavab verəcək. Bundan qaçış yoxdur.  Baş nazir Benyamin Netanyahunun hara qaçacağını bilmirəm''.
İsrail rəhbərlərinin gec-tez layiq olduqları cəzanı alacaqlarını ifadə edən Rəcəb Tayyib Ərdoğan Netanyahu administrasiyasına bu cəsarəti verən Qərb ölkələrinin də eyni aqibəti yaşayacağını bildirib.
“Əgər ABŞ və Avropa ölkələri İsrailə qeyri-məhdud siyasi, hərbi və iqtisadi dəstək verməsəydilər, İsrail belə davranmazdı.Qərbin ətəkləri altında gizlənən İsrail administrasiyası öz zülmünü nə qədər artırarsa, bunun əvəzi bir o qədər ağır olacaq”,-deyə Türkiye Prezidenti vurğulayıb.



Әlaqәli Xәbәrlәr