“Biz Yunanıstan-Türkiyə münasibətlərini paket halında nəzərdən keçirməliyik, çünki …” R.T.Ərdoğan

Dekabrın 7-də paytaxt Afinaya planlaşdırılan səfəri öncəsi Yunanıstanda çıxan “Katimerini” qəzetinə müsahibəsində Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı sualları cavablandıran R.T.Ərdoğan deyib ...

2073363
“Biz Yunanıstan-Türkiyə münasibətlərini paket halında nəzərdən keçirməliyik, çünki …” R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin qonşu Yunanıstanı heç vaxt düşmən kimi görmədiyini, qonşuları ilə öhdəsindən gələ bilməyəcək heç bir probleminin olmadığını bildirib.

  Dekabrın 7-də paytaxt Afinaya planlaşdırılan səfəri öncəsi Yunanıstanda çıxan “Katimerini” qəzetinə müsahibəsində Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı sualları cavablandıran R.T.Ərdoğan deyib: “Türkiyə və Yunanıstan iki qonşu ölkədir. Ötən günlər “Türkiyə-Yunanıstan münasibətlərində yeni səhifə” və “Qazan-qazan formulu” ilə bağlı verdiyi açıqlamaları xatırlatmaq istəyirəm.

  Mübahisələr dialoq yolu ilə həll edildiyi və ortaq məxrəcə gəlindiyi təqdirdə hər kəs fayda görər.

   Türkiyə qonşu Yunanıstanı heç vaxt düşmən olaraq görməyib. Bütün ölkələr kimi bizə düşmən yox, dost lazımdır. Mən bunu tez-tez deyirəm və inanırıq ki, qonşularımızla, xüsusən də Yunanıstanla öhdəsindən gəlinə bilməyəcək problemimiz yoxdur.

  Yunanıstan-Türkiyə münasibətləri son zamanlar yaxşılaşıb. Amma yenə iki ölkə arasında bir çox problem var. Biz bunları bütövlükdə paket kimi nəzərdən keçirməliyik. Məsələlərə seçmə yanaşmaq, bəziləri haqqında danışıb, bəziləri haqqında danışmamaq düzgün yanaşma deyil.

  Başda Aralıq dənizi olmaqla enerji kontekstində əməkdaşlıq üçün potensial imkanlar var. Buradakı potensialdan siyasi sui-istifadə cəhdləri bu resurslardan istifadə edə bilməmək riskini gətirə bilər.

  Egey dənizində miqrasiya hərəkətliliyi ilə bağlı bütün beynəlxalq ictimaiyyətin iştirakını tələb edən genişmiqyaslı mübarizə lazımdır”.



Әlaqәli Xәbәrlәr